İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO
17 iyul 2026
# 13:50

İçərişəhərdə Numizmatika Muzeyinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, açılış mərasimində çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli səpələnmiş sikkələri bir yerə cəmləşdirməyi əlamətdar dövlətçilik hadisəsi adlandırıb.

O bildirib ki, numizmatika tədqiqatçıları barmaqla sayılacaq qədər azdır: “Bu baxımdan muzeyin həm də elmi tədqiqat sahəsində də fəaliyyət göstərməsi numizmatika üzrə tədqiqatçıların yetişməsinə səbəb olacaq”.

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev deyib ki, mədəni irsin qorunmasına dəstək vermək sosial məsuliyyət nümunəsidir və bu cür layihələr tariximizə, keçmişimizə və gələcək nəsillərə verilən ən dəyərli töhfələrdən biridir: “Bu layihələr vasitəsilə ölkəmizin tarixini yerli və xarici ziyarətçilərə daha dolğun şəkildə təqdim etmək mümkün olacaq. Bu layihələr sırasında sualtı arxeologiya ilə bağlı tədqiqatlar da xüsusi yer tutur. Hazırda həmin istiqamətdə işlər davam etdirilir və gələcəkdə bu mövzuya həsr olunmuş yeni sərginin hazırlanması nəzərdə tutulur”.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud qeyd edib ki, pul sadəcə ticarət vasitəsi deyil, pul həm də dövlətin gücünü, cəmiyyətin inkişaf səviyyəsini, iqtisadi, ticarət və mədəni əlaqələrini əks etdirən mühüm tarixi sənəddir.

“Bu ekspozisiyanın həm Azərbaycan vətəndaşlarına, həm də İçərişəhəri ziyarət edən xarici turistlərə təqdim olunması böyük əhəmiyyət daşıyır”, - o əlavə edib.

Açılış mərasimində bildirilib ki, ekspozisiyada nümayiş etdiriləcək sikkələr e.ə. III əsrdən eramızın XX əsrinədək olan geniş tarixi dövrü əhatə edir.

Ekspozisiyada Azərbaycan ərazisində aşkar edilmiş və müxtəlif dövlətlərə — Roma, Parfiya, Qədim Yunanıstan, Prussiya, İngiltərə, Rusiya, Ərəb Xilafəti və Monqol imperiyasına aid tarixi pul nümunələri nümayiş etdirilir.

Ekspozisiyada ümumilikdə Muzey fondunun numizmatika kolleksiyasına daxil olan 200 ədəddən çox sikkə nümayiş olunur. Bunun ekspozisiyanın elmi-tarixi əhatə dairəsinin genişləndirilməsinə, həmçinin, nümayiş etdirilən numizmatik materialların məzmun və xronoloji baxımdan daha da zənginləşdirilməsinə xidmət edəcəyi bildirilib.

Ekspozisiyanın əsas məqsədi ziyarətçilərə pulun meydana gəlməsi, onun tarixi təkamül mərhələləri və müxtəlif dövrlərdə iqtisadi-sosial münasibətlərdə oynadığı rol haqqında elmi əsaslara söykənən sistemli və dolğun təsəvvür formalaşdırmaqdır.

Bu materiallar Azərbaycanın beynəlxalq ticarət yollarında tutduğu mövqeyi, müxtəlif sivilizasiyalarla iqtisadi əlaqələrini və pul dövriyyəsinin tarixi inkişaf xüsusiyyətlərini əks etdirən mühüm maddi-tarixi mənbələr kimi təqdim edilib.

Daha sonra tədbir iştirakçıları muzeyi ziyarət edib, ekspozisiya ilə yaxından tanış olub.

# 2309 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
"Nənələr" folklor qrupu  üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

"Nənələr" folklor qrupu üzvünün Ukraynada müharibədə öldürülən oğlu Lənkəranda dəfn edildi

12:37 16 oktyabr 2026
Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı

12:16 16 oktyabr 2026
Vüqar Zifəroğlu  Mətbuat Şurasının sədri seçildi

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

12:06 16 oktyabr 2026
Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

Qanunlar susanda insanları nə idarə edir? – Cəmiyyətin görünməyən dayaqları

12:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər