"Həmid Herisçi özünü itirməklə məşğuldur" - Hekayə müzakirəsi

"Həmid Herisçi özünü itirməklə məşğuldur" - Hekayə müzakirəsi
29 sentyabr 2023
# 14:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Həmid Herisçinin “Çurban” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

İlıq - Mübariz Örənin hekayəsi

Mübariz Örən:

"İş elə gətirdi ki, Həmid Herisçinin "Çurban" hekayəsini Etqar Keretin "Qravitasiya" hekayəsi ilə ard-arda oxudum: əvvəl Kereti, sonra Herisçini. Gördüm ki, bu hekayələr həm ruh etibarı ilə, həm də təzəlik - müasirlik etibarı ilə bir-birinə yaxındı. Düzdü, Keret oxucusunu daha "təmizlənmiş", ekspress yolla aparır: "Daniel qəbiristanlığın ünvanını "Waze"də tapdı, yolbuyu demək olar ki, danışmadılar", Herisçi isə əsl şərqli kimi arada "maşını saxlayıb" yolu Füzulidən xəbər alır. Amma Herisçidə heç bir qərblinin çata bilməyəcəyi bu zirvə var: "Öz qələmim ilə günaha batmaq istəmədim. Yad qələmlə imzaladım sənədi". Həmid Herisçidən ilk hekayəydi oxuyurdum, "Konspiroloq" əlaydı, şedevr şeirlər müəllifidi, bu hekayə də təzəliyi ilə məni sevindirdi. Telefonda oxuduğum üçün hekayənin adı mənə bir az qəribə gəldi, yəni çatmadı..."

20 noyabr gündəliyim – Şərif Ağayar yazır…

Şərif Ağayar:

"Həmid Herisçi böyük sənətkardır. Onun bütün mətnləri kimi bu hekayəsini də maraqla oxudum. Həmidi heç vaxt “qırmızı qələmlə” oxuya bilmirəm. Düşünürəm ki, buna haqqım çatmır. Çünki mən ondan çox şey öyrənmişəm. Onu özümə əbədi müəllim sayıram. Bu hekayəsini də sadəcə bir şagird marağı ilə oxudum. Heç bir tənqidi fikrim yoxdur. Arzu edirəm həmişə yazıb-yaratsın. Həmidin susmağı da sənətdir. Amma yazmağı, danışmağı daha böyük sənətdir. Yazılarını həmişə maraqla gözləyirəm. Davamlı olsun".


Azad Qaradərəli - Xeyrat - Yeddinci hissə

Azad Qaradərəli:

“Çurban” hekayəsi Həmid Herisçinin yaradıcılığı üçün səciyyəvi olan bir priyomla – başqa bir əsərin, Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsinin posmodern havası ilə qələmə alınsa da, bu günümüzün və dünənimizin mənzərəsini yaxşı ehtiva edir – Təbriz insanı yüz illərdir ki, öz əlləri ilə qurduğu, qoruduğu İran adlı müstəbidlər dövlətinnin, cəhalət yuvasının qurbanına çevrilib. Hətta o dərəcədə çarəsizdir ki, yarıcan halda məmləkətinə “uçub” gedə bilmir ki, orada dəfn olunsun...

Hekayə usta bir qələmdən çıxıb. “Nekroloq”, “Əli və Nino”, “Solaxay” kimi əsərlər müəllifinin qələmindən. (Hərçənd “Soloxay”ı iki əvvəlki qədər bəyənməmişdim – daha çox ideoloji səpkili olduğundanmı, ya nədənsə...)

Quruluşu, yazı texnikası yerli-yerindədir. Müəllifə tək bir iradım var. Əsərin qəhrəmanı, bütün qurbanların simvolu Qurban ölüm ayağında deyir: “Apar məni burdan. Doğma yurdumda öləcəm. Bu xarabada yoxxxxxx…”

Təbii, doğulduğu məkan hamı üçün daha doğmadır. Fəqət bir güneyli soydaşımızın yeganə müstəqil dövlətimiz – bütün Azərbaycan türklərinin ərazisinə “xaraba” deməsinə inanmadım... Hə, ölüm ayağında olan birisinin həsbi-halı kimi yozula bilər... Zira yenə qəbul edə bilmədim...

Doktor Cavad Heyətin son məqamda axirət yeri kimi Bakını seçməsi də çox şey deyir... Hələ adı hekayədə anılan böyük Pişəvərinin “qəbirləri” burada deyilmi?.. Müəllifə uğurlar, kulisçilərə də təşəkkür ki, belə yaxşı bir mətn yayımlayıblar..."

Türbülans - Şəhriyar del Geraninin yeni hekayəsi

Şəhriyar del Gerani:

“Herisçi Azərbaycan nəsrini nəzmlə qovuşduran bir əlin barmağı sayı imzalardan. Yadıma düşür, bunu ilk dəfə Nizami Gəncəvi etmiş idi. Nizami Azərbaycan nəzminə nəsri mahiyyət, nəsri konsept yükləmiş. Modern çağda bunun tam tərsini etmək - nəsrə nəzm konsepti vermək yalnız və yalnız Herisçiyə məxsus. O, bunu bacarır. O, bunu bacardı. Haqqında danışdığımız bu mətn əslində, hekayədir, lap əslində, şeir. Mən Həmid bəyi ustad hesab edirəm. 2000-lərdən üzü bəri parlayan istisnasız hər bir imzanın dişində Həmid Herisçi yeyəsi görürəm. Mən bütün o dövr qələm yoldaşlarımızın dişində o cızığı görürəm. Onları Həmid itiləmişdi. Əksəriyyəti sonradan kütəldi, çəkildi, nə bilim, nə oldu. Bəli, bir çoxları bütün bunları danıb əbədi və ədəbi nadanlıqlarına möhür də vurdu. Çox qəribə, bu möhürü də onlara Həmid vermiş idi. Xülasə, Həmid bizim ədəbiyyatda bəlkə də, yeganə müəllifdir ki, özünü axtarmaqla yox, itirməklə məşğul. Heç kəs inciməsin, Həmid Herisçi bir gerçək dahidir. Ondan danışmaq mənə düşər. Allah necə haqdır?!"

# 7696 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

14:01 9 noyabr 2024
"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

11:16 9 noyabr 2024
İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

11:00 9 noyabr 2024
Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
# # #