Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib

Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib
8 may 2025
# 18:20

"Sovetski"də yerləşən və Əbilov klubu kimi tanınan tarixi bina söküləcək?

Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi 120 ünvanında yerləşən tikilinin (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi bina-red.) tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, reyestrə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclasında baxılıb və şura üzvləri tərəfindən müsbət qərar verilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Ekspertlər Şurasının rəyi AMEA-ya göndərilib

Bildirilib ki, sözügedən tikili ilə bağlı qanunvericiliyə uyğun olaraq, rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunacaq.

Qədim binanın mədəni abidələr siyahısına salınıb-salınmaması AMEA-nın rəyindən sonra bəlli olacaq

Qeyd edək ki, bir müddət əvvəl Kulis.az-da 103 yaşlı Əbilov klubunun (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi-red.) tarixi, onun yerləşdiyi binanın yaşının iki əsrdən artıq dövrü əhatə etməsi, memarlıq üslubu və mənəvi əhəmiyyəti barədə araşdırma xarakterli yazı yayımlanmışdı. Tikilinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınması və sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacağı ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumat da həmin yazıda əksini tapmışdı. Ekspertlər Şurasının müsbət rəyi AMEA tərəfindən təsdiqləndiyi halda binanın sökülmə təhlükəsi aradan qalxacaq.

Söküntü işləri hansı ərazilərdə aparılacaq?

Xatırladaq ki, APA-nın əldə etdiyi məlumata görə, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda “Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.

# 2108 dəfə oxunub

Oxşar xəbərlər

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
Vestminster abbatlığındakı sirr:  qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

Vestminster abbatlığındakı sirr: qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

16:00 23 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

15:30 23 oktyabr 2026
Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı

Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı

15:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər