“Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib

“Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib
11 dekabr 2025
# 11:00

“Günay” uşaq teatrının yaradıcı studiyası Azərbaycan Milli İncəsənət Muzeyində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını nümayiş etdirib.

Kulis.az xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə səhnələşdirilib.

Əvvəlcə çıxış edən “Günay” uşaq teatrının bədii rəhbəri və baş rejissoru Larisa Tarusova Milli Muzeyin səhnəsində çıxış imkanı yaratdıqlarına görə muzey rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, müxtəlif repertuarlarla yanaşı “Günay” uşaq teatrında, xüsusilə vətənpərvərlik mövzusu mühüm yer tutur və kollektiv uzun illərdir Üzeyir Hacıbəylinin yaradıcılığına xüsusi diqqət ayırır.

O xatırladıb ki, teatr 15 ildir “Arşın mal alan” tamaşasını müxtəlif nəsillərdən olan uşaqların iştirakı ilə təqdim edir və bununla da böyük milli mədəniyyəti onlara sevdirir.

Rejissorun sözlərinə görə, yeni aktyor heyəti ilə uzun və zəhmət tələb edən bir hazırlıq prosesi keçirilib və bu tamaşanın məhz uşaqlar tərəfindən sevilməsi onun üçün xüsusilə dəyərlidir. Cəmi 8 əsas rolun olmasına baxmayaraq, çoxlu sayda uşaqlar tamaşada iştirak etmək üçün müraciət edir, mətni əvvəlcədən öyrənir və hazırlıq prosesinə qoşulmağa can atırlar.

Tamaşada Tuncay Həmidli, Əzizə Məhərrəmova, Oktay Xudiyev, Manisa Bağırova, Alesya Aksyonova, Marqarita Fadeyeva və digər gənc ifaçılar yer alıb.

Tamaşanın rejissoru və bədii tərtibatçısı Larisa Tarusovadır.

Qeyd edək ki, “Günay” teatr-studiyası uzun illərdir qazandığı nüfuzu qoruyub saxlayır və çoxsaylı beynəlxalq və respublika teatr müsabiqələrinin laureatı kimi tanınır.

# 878 dəfə oxunub

Oxşar xəbərlər

“Rənglərlə danışan Abdurrahman”  adlı rəsm sərgisi keçirildi

“Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi

18:05 13 may 2026
“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi”  kitabının təqdimatı keçirildi

“Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” kitabının təqdimatı keçirildi

17:33 13 may 2026
İlkin Dövlətovun konserti keçirildi

İlkin Dövlətovun konserti keçirildi

17:30 13 may 2026
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi

16:35 13 may 2026
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

16:32 13 may 2026
Elçin Əfəndiyevin məzarı ziyarət edildi

Elçin Əfəndiyevin məzarı ziyarət edildi

15:34 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər