Günay Əfəndiyeva beynəlxalq konfransda çıxış etdi

Günay Əfəndiyeva beynəlxalq konfransda çıxış etdi
19 dekabr 2022
# 13:00

Bakı Dövlət Universiteti (BDU) ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində Universitetin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Kulis.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən rektor Elçin Babayev zəngin tarixə malik Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinin qeyd olunmasının Azərbaycan elmi və ölkənin ilk ali təhsil ocağı olan BDU üçün əlamətdar olduğunu bildirib.

Açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə rəhbərlik etdiyi təşkilat tərəfindən Türk dövlətlərinin, eləcə də digər xarici ölkələrin müxtəlif elm və təhsil ocaqları ilə qarşılıqlı əlaqələrin qurulmasına mühüm önəm verildiyini diqqətə çatdırıb. Günay Əfəndiyeva Azərbaycan xalqının maariflənməsində, milli və ictimai tərəqqisində, ziyalı təbəqəsinin formalaşmasında Bakı Dövlət Universitetinin rolunu yüksək qiymətləndirərək, Fond ilə universitetin birgə əməkdaşlığının əhəmiyyətindən söz açıb.

Fondun prezidenti təşkilat ilə universitet arasında imzalanan Anlaşma Memorandumunun Türk xalqlarının zəngin mənəviyyat xəzinəsinin öyrənilməsinə, qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədi daşıdığını bildirib. G.Əfəndiyeva 100 illiyi qeyd olunan Şərqşünaslıq fakültəsinin son bir əsrdə çox sayda mütəxəssislərin hazırlanmasında, alimlərin, ictimai-siyasi xadimlərin, diplomatların yetişdirilməsində böyük təcrübəsinə toxunaraq, universiteti təbrik edib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında fakültənin tarixindən, inkişaf mərhələlərindən, perspektivlərindən danışıb. O, fakültənin 100 illik tarixində xidmətləri olan professor-müəllim heyətindən söhbət açıb, konfransa daxil olmuş 300-ə yaxın tezisin mövzusu və elmi əhəmiyyətinə toxunub.

Daha sonra Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı video nümayiş etdirilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin üzvləri - akademik Rafael Hüseynov, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru Avazbek Vahidov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı professor Pyotr Taraxa və başqaları mərasimdə çıxış edərək, Azərbaycan şərqşünaslığının inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan, Polşa, Pakistan, İraq ali təhsil müəssisələrini təmsil edən tədqiqatçıların və şərqşünasların iştirakı ilə keçirilən beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

# 1361 dəfə oxunub

Oxşar xəbərlər

Şair Həsən Kürün vəziyyəti açıqlandı

Şair Həsən Kürün vəziyyəti açıqlandı

22:43 23 fevral 2025
Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

Ermənistanın futbol klubuna qaçan "neftçili" - Banişevski və itirilmiş yaddaş

12:00 23 fevral 2025
Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

22:47 22 fevral 2025
Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

21:03 22 fevral 2025
Mətbəə 60 ildən sonra muzeyə çevrildi

Mətbəə 60 ildən sonra muzeyə çevrildi

14:22 22 fevral 2025
Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

13:00 22 fevral 2025
#
#
# # #