Film müsabiqəsinin nəticəsi açıqlandı

Film müsabiqəsinin nəticəsi açıqlandı
10 mart 2022
# 13:20

Mədəniyyət Nazirliyinin 2021-ci ilin dekabr ayında elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinin bədii seçim mərhələsi yekunlaşıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən xəbər verilib.

Bildirilib ki, müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb: "Müsabiqənin pitçinq mərhələsi martın 18-i saat 11.00-dan etibarən Dövlət Film Fondunda keçiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, İştirakçılar layihələrini açıq pitçinqdə təqdim edəcəklər. Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun rəsmi “Youtube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Müsabiqənin qalibləri pitçinqdən sonra Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.culture.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək".

"Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə keçirilir. Qeyd edək ki, hər qalib layihəyə ən çox 100.000 (yüz min) manata qədər maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Müsabiqənin ümumi dəstək fondu 300.000 (üç yüz min) manat təşkil edir", - məlumatda deyilir.

# 2589 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

14:30 3 noyabr 2026
Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər