Film layihələrinin pitçinq mərhələsi başlanacaq

Film layihələrinin pitçinq mərhələsi  başlanacaq
1 sentyabr 2025
# 13:45

2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi sentyabr ayında Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçiriləcək.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, məlumat verilib: "Pitçinq mərhələsi iştirakçılara film layihələrini təqdim etmək imkanı yaradacaq. Hər layihəyə ümumilikdə 15 dəqiqə vaxt ayrılıb. Bu müddət çərçivəsində layihənin təqdimatı və müzakirə hissələri olacaq. Yalnız tammetrajlı bədii filmlər üçün əlavə olaraq bir dəqiqəlik tizer nümayişi nəzərdə tutulur.

Təqvimə əsasən, 5 sentyabrda 5 animasiya və 3 tələbə filmi, 12 sentyabrda 8 qısametrajlı bədii film, 19 sentyabrda 4 bədii-sənədli və 3 sənədli film, 26 sentyabrda isə 6 tammetrajlı bədii film təqdim olunacaq".

Qeyd edək ki, təqdimatlar saat 10:00-da Nizami Kino Mərkəzində başlayacaq.

# 1462 dəfə oxunub

Oxşar xəbərlər

Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu

Minillik tarixə malik tikili parçası Hollivud filmlərini geridə qoydu

11:00 27 oktyabr 2026
Türkiyəli sosial media fenomeninin vəziyyəti pisləşdi - Səbəb

Türkiyəli sosial media fenomeninin vəziyyəti pisləşdi - Səbəb

10:30 27 oktyabr 2026
Dövlət başçısı:  "Azərbaycan tarixən həmişə multikultural ölkə olub"

Dövlət başçısı: "Azərbaycan tarixən həmişə multikultural ölkə olub"

10:20 27 oktyabr 2026
Prezident İlham Əliyev  VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir

10:17 27 oktyabr 2026
Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər