Filarmoniyada yeni mövsümün ilk konsertlərinin tarixi açıqlandı

Filarmoniyada yeni mövsümün ilk konsertlərinin tarixi açıqlandı
10 sentyabr 2025
# 13:22

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yeni mövsümün başlanması ilə bağlı konsert proqramlarını elan edib.

Kulis.az xəbər verir ki, sentyabrın 22-də festival çərçivəsində “Dostluq” konserti olacaq. Saat 19-da başlanacaq konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlər Yeganə Axundova (piano), Emre Eryılmaz (tar, Türkiyə) çıxış edəcəklər.

Sentyabrın 22-də filarmoniyanın səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, ayın 25-də isə Niyazi adına Dövlət Simfonik Orkestrinin (dirijor Hakan Şensoy, solist Şefika Kutluer (fleyta) – hər ikisi Türkiyə) konserti olacaq.

Qeyd edək ki, sentyabrın 26-da filarmoniyada festivalın daha bir konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Yalçın Adıgözəlov) çıxış edəcək.

# 139 dəfə oxunub

Oxşar xəbərlər

Hollivud aktyoru həbs olundu

Hollivud aktyoru həbs olundu

17:30 10 sentyabr 2025
Bursada “Azərbaycan günləri” keçiriləcək

Bursada “Azərbaycan günləri” keçiriləcək

15:59 10 sentyabr 2025
Türkiyəli aktyordan gözlənilməz addım

Türkiyəli aktyordan gözlənilməz addım

15:30 10 sentyabr 2025
Uşaqdan uşaq gözləyənlər... - 14 yaşlı qızı nişanlayanlar niyə qorxmur?

Uşaqdan uşaq gözləyənlər... - 14 yaşlı qızı nişanlayanlar niyə qorxmur?

14:35 10 sentyabr 2025
Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin  açılışında iştirak etdi

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak etdi

14:24 10 sentyabr 2025
88 yaşlı Zeynəb Xanlarovadan canlı ifa

88 yaşlı Zeynəb Xanlarovadan canlı ifa

12:00 10 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər