FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi
17 iyul 2026
# 17:11

Dünya Kubokunun finalında nümayiş olunacaq fasilə şousu heç də hər kəsin ürəyincə deyil. Əfsanəvi "The Cure" qrupunun solisti Robert Smit, FİFA-nın bazar günü təşkil edəcəyi "Super Bowl" tərzindəki bu şousunu sərt və bir o qədər də poetik sözlərlə tənqid edib.

Kulis.az xəbər verir ki, Dünya Kubokunun finalında ilk dəfə olaraq keçiriləcək bu kütləvi şou Nyu-Cersidəki "MetLife" stadionunda baş tutacaq.

"Coldplay" qrupunun solisti Kris Martinin kuratorluğu ilə keçiriləcək perfomansa Madonna, Şakira, BTS və Castin Biber kimi ulduzlarla yanaşı, Tom Kruz, Cennifer Hadson və Robbi Uilyams kimi məşhurlar da qatılacaq. Bu vəziyyət bəziləri tərəfindən futbolun narahatedici şəkildə "amerikanlaşdırılması" kimi qiymətləndirilsə də, digərləri üçün sadəcə əlavə bir əyləncədir.

"Çörək və tamaşa" – FİFA rəhbərinə yeni ləqəb

Bu şoudan qətiyyən razi qalmayan Robert Smit öz etirazını qrupun rəsmi "Instagram" hesabından bildirib və FİFA prezidenti Canni İnfantinoya yeni, alçaldıcı ləqəb (Gianni Infantosser) qoyub.

Smit paylaşımında qeyd edib:

"Kris Martinin kuratorluğu ilə keçiriləcək şouda Madonna, Castin Biber, Şakira və K-pop qrupu BTS səhnəyə çıxacaq. FİFA prezidenti isə bu şounu "cığır açan bir şou' adlandıraraq onun "futbolu, musiqini və ortaq dəyərlərimizi qeyd edəcəyini, son fitdən sonra da yaşayacaq bir miras qoyacağını" deyib".

Smitin bu sözlərə cavabı isə qısa və kəskin olub: "Bread and circuses" (Çörək və tamaşa).

Latınca "panem et circenses" ifadəsindən gələn bu məcaz ilk dəfə Roma şairi Yuvenala aid edilib və ictimaiyyətin səthi yollarla ələ alınmasını ifadə edir. Siyasi kontekstdə bu termin hakimiyyətdə olanların öz günahlarından diqqəti yayındırmaq üçün sadə xalqa təqdim etdiyi ucuz əyləncə və yalançı xoşbəxtlik aləti mənasını verir.

"Solğun mavi nöqtə" və kosmik xatırlatma

Musiqiçinin tənqidi paylaşımında həmçinin NASA-nın 1990-cı ildə "Voyager 1" kosmik zondu tərəfindən çəkilmiş məşhur "Solğun mavi nöqtə" (Pale Blue Dot) fotosuna bənzəyən bir kadr da yer alıb. Yerdən təxminən 3,7 milyard kilometr uzaqlıqdan çəkilən bu orijinal təsvir onilliklərdir ki, insanlığın ucsuz-bucaqsız kainatdakı kiçik və aciz yerinə dair güclü bir xatırlatma kimi istifadə olunur. Smit bununla da FİFA-nın yaratdığı süni qlobal "şöhrətin" əslində, nə qədər əhəmiyyətsiz olduğuna işarə edib.

FİFA özünü necə müdafiə edir?

Dünya Kubokunun finalındakı bu miqyaslı şou bir ilk olacaq. FİFA tənqidlərə baxmayaraq bildirib ki, tədbir bütün dünya üzrə uşaqların təhsilə və futbola əlçatanlığını artırmağı hədəfləyən "FIFA Global Citizen Education Fund" (FİFA Qlobal Vətəndaş Təhsili Fondu) layihəsini dəstəkləyəcək.

Xatırladaq ki, İspaniya və Argentina yığmalarını üz-üzə gətirəcək Dünya Kubokunun final matçı iyulun 19-u, bazar günü baş tutacaq.

# 106 dəfə oxunub

Oxşar xəbərlər

“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

Güllələr demədi geri qayıdın – İsa İsmayılzadə

11:45 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər