"Feysbuk qəhrəmanına fikir verməyin" - Yalçın İslamzadə

"Feysbuk qəhrəmanına fikir verməyin" - Yalçın İslamzadə
31 mart 2025
# 13:17

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Yaxın keçmişdə ard-arda iki müəssisədə işlədim. Birinin rəhbəri bir neçə dəfə zəng etdi, "Bəy! Yerli-milli marka yaradırıq, bizə dəstək olun", - dedi.

Getdim, danışdıq. "İndi maddi imkanımız yoxdur", - deyib, o iş üçün az bir maaş təklif etdi. Anlayış göstərib qəbul etdim, ancaq işlər yoluna düşəndə maaşın hansı səviyyədə olacağını da əvvəlcədən razılaşdırdım. "Söz verirəm", - dedi.

Mən bacardıqca və ciddi dəstək verdim, işlər də yolunda düşdü. Razılaşdığımız maaş məsələsini açanda, əvvəlcə "Pulumuz yoxdur", sonra da "Sən burda nə iş görmüsən ki?", - dedi. Getdi-gəldi, bir daha "Müdirlərim soruşular ki, o, orada nə iş görür ki?" kimi guya taktikalar işlətdi. Sonra sentyabra söz verdi, sentyabrda da "pulumuz yoxdur", - dedi, mən də sakitcə işdən çıxdım. Sonra gördüm ki, İctimai TV-də minlərlə izləyicinin qarşısında məni nəzərdə tutub "feysbuk qəhrəmanına fikir verməyin" deyir.

Bir müddət sonra ikinci müəssisənin rəhbəri zəng etdi. Görüş qısa və konkret oldu, xüsusi bir proqramın tədrisini razılaşdıq. Dedilər ki, biz bu proqramın spesifik olduğunu, əziyyət tələb etdiyini bilirik. Maaşınızı özünüz təyin edin, biz etiraz etməyəcəyik. Mədəni, sivil mühitdə işlədim, layihələrlə əlaqədar işdən çıxmağımı istəyəndə müəssisənin rəhbəri, "İşdən çıxmamağınız üçün biz nə edə bilərik? Sadəcə, deyin", - dedi. Çox təşəkkür etdim, layihələrlə bu işi çatdıra bilməyəcəyimdən başqa səbəb olmadığını dedim.

Müdirlərdən birinin otağında sərkərdə portreti var idi, birində yasəmən şəkilləri. Biri kişi idi, biri qadın. Biri "yerli-milli" mövzusu ilə mövzunu açmışdı, digəri sırf peşəkar kimi danışmışdı.

Ancaq bunlar detallardır, əsas məsələ din-dil-ideoloji "təəssübkeşlik" deyil, təqdir etməyi, təşəkkür etməyi bacarmaqdır, ədalətli olmaqdır.

İnsanda ədalət hissi olmadıqdan sonra nə cinsi, nə yaşı, nə ana dili, nə mövqeyi onu təkbaşına keyfiyyətli insan etmir.

Bayramlar və dəyərlər sosial sərmayə yaradır. Sosial sərmayə aidiyyat hissinə səbəb olur, motivasiya təmin edir. Bu sərmayə cəmiyyətin birlikdə, maraqları təmin olunaraq inkişafına kömək edir.

Əgər bir cəmiyyətdəki dəyərlər və sosial sərmayə yalan danışmaq, ancaq şəxsi mənfəət güdmək, insanları özünə borclu hesab etmək kimi eqosentrizm yaradırsa, o cəmiyyət inkişaf etməz. Qreşem qanununa görə yalana, fırıldağa öyrəşməmiş insanlar həmin cəmiyyəti tərk edər.

Bir çox insan yaponların məsuliyyət hissinə heyrandır, daima paylaşımlar görürük. Yaponlar spontan olaraq, səbəbsiz yerə məsuliyyətli deyillər.

Məşhur antropoloq Ruth Benedict yapon cəmiyyətini analiz etdikdən sonra onların "utanma, ayıb cəmiyyəti" olduğuna qənaət gətirir.

Bir davranışı etməzdən əvvəl öz davranışlarına başqalarının gözü ilə baxırlar. Ayıb sayılan davranışlara özlərində senzura tətbiq edirlər.

Ayıb sayılan davranışlar isə, cəmiyyətdə kimlərinsə ziyanına olan davranışlardır.

Nəticədə, çoxluğun müəyyən dəyərləri paylaşdığı, sosial sərmayəsi zəngin cəmiyyət formalaşır.

# 2625 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

Xalq artisti Tofiq Bakıxanov vəfat etdi

23:50 23 avqust 2026
Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir

14:50 23 avqust 2026
"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

"Dünyanın təsəlliyə deyil, həqiqətə ehtiyacı var..." - Fransız filosofdan aforizmlər

14:00 23 avqust 2026
Ölüm düşərgəsində  şahmat sayəsində sağ qalan yəhudi yazıçı  - Efraim  Kişon kimdir?

Ölüm düşərgəsində şahmat sayəsində sağ qalan yəhudi yazıçı - Efraim Kişon kimdir?

12:30 23 avqust 2026
Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

Sovet ideoloji terrorunun qurbanı - Əli Nazim kim idi?

10:30 23 avqust 2026
Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

Ensiklopedik materiallarla zəngin tədqiqat əsəri - "Boradigah tarixi qaynaqlarda"

18:00 22 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər