Fahişəliyə məcbur edilən azyaşlı

Fahişəliyə məcbur edilən azyaşlı
9 fevral 2024
# 15:00

Kulis.az Rəna Nevzatın "15 yaşlı qızın faciəsi..." adlı yeni köşəsini təqdim edir.

Onu tanıyanda 17 yaşım var idi.

Birinci kursda - adətən, tətil günlərində görürdüm.

14-15 yaşlarında...

Deməzdin, bu qızın 14-15 yaşı var...

Elə bilərdin, nişanlı qızdı.

Yerişi, duruşu, danışığı...

Ancaq əlləri onu ələ verirdi.

Süd qoxulu əlləri...

Bir də görürdün, küçənin ortasında əlində güzgü, dodağını boyayır.

Güzgünü çəkib dodaqlarını yalayır:

- Necədi?

- ?

- Mama deyir, çox şitdi.

- Nəəm...

- Birtəhər dedin e. Pisdisə, silim?

- Yox, qalsın. Ya da, bilmirəm...

- Hələ buna baax.

Dırnaqlarını göstərir. Qırmızı boyayıb, üstünə də qara nöqtələr qoyub:

- O gün bir videoda gördüm. Qız eləmişdi. Bə bu necədi?

Əlləri qaçışçı ürəyi kimi titrəyir.

Gözünü qaçırır:

- Elxana göstərdim, bəyəndi. Gəlmişdi bizə.

Anası çağırır...

- Amma çox kobud idi. Dedim, gəlməsin.

Anası çağırır.

- Nəsə eləyib ki?

Başını aşağı salır.

- Eləyib nəsə? Srağagün axşam gələn kim idi?

Anası çağırır...

- Heç kim. Papanın dostları idi.

Güzgünü üzünə tutur. Dodaqlarını qollarına silir.

- Evdə silərsən də. Paltarına niyə?

- Əşşi... Sənə nə?

Anası çağırır... Qəfil yoxa çıxır...

- Kiminlə danışırdın? Bir quranlıq söz danışdıq. Get evə, hazırlaş, gəlirəm.

Aradan keçən iki il nələri dəyişdirmişdi?

Yavaş-yavaş məlum oldu ki, sən demə, çoxu hər şeyi bilir.

Bilir və heç nə olmamış kimi yaşayır.

Ömrünün son anlarını yaşayan "06" darvazanın ağzını kəsdirir.

Sısqa, üzü qırışlı kişi şalvarını düzəldə-düzəldə darvazanı döyür.

Darvaza açılır. Adam içəri girir.

Mən də içəri girmək istəyirəm, amma nəsə məni saxlayır sanki.

Güman ki, yanılmaq hissi...

Təxminən, bir saat sonra çıxır. İki saat sonra başqası gəlir...


Axşam bir də gəldim. Gördüm, qapı kilidlidi.

İmtahandan qayıdanda qapılarını təzədən döydüm. Döydüm, döydüm, açan olmadı. Köçüblərmiş...

Atasını toyda bıçaqlayıblar, ölüb. Qadın da uşaqları götürüb gedib şəhərə.

Bu küçələr, bu döngələr necə də yaddır artıq.

Top-top oynadığımız doğma küçə indi necə yadlaşıb....

Qulağımdakı uşaqlıq səsləri getdikcə iniltiyə çevrilir.

"Ağlarız xatirə gəldikcə gülüşdüklərimiz..."

Min bir fikirlə evimizə getdiyim yerdə:

- Baax... Gör necədi? - astadan dilləndi...


O idi. Getməmişdi.

Yenə də həminki əda ilə dodaqlarını göstərdi:


- Nooldu e? Vuranda bir söz, vurmayanda başqa...

- Yoox. Yaxşıdı. Belə yaxşıdı.

- Həə. Vurmuram ta.

- Nə əcəb getmədin?

- Hara? Həə, mamagilnən? Getmədim. Nənəgildə qalacam.

Baxışları yerə zillənir:

- Ta istəmirəm...

# 5020 dəfə oxunub

Oxşar xəbərlər

Nadir İsrafilov dünyasını dəyişdi

Nadir İsrafilov dünyasını dəyişdi

15:58 28 iyun 2025
Çinli rejissor «Sakit Don»u  səhnələşdirəcək

Çinli rejissor «Sakit Don»u səhnələşdirəcək

15:50 28 iyun 2025
Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...

Stiven Spilberq: Təqaüdə çıxmaq fikrim yoxdur...

15:30 28 iyun 2025
“Türk kinosunun Sultan”ı  80 yaşında

“Türk kinosunun Sultan”ı 80 yaşında

14:27 28 iyun 2025
"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

"Bu, sadəcə bir ailənin faciəsi deyil!" - Rusiyada azərbaycanlılara qarşı faşizmin səbəbi nədir?

13:52 28 iyun 2025
"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

"Bütün kişiləri döyüb apardılar" - Səfərovlar ailəsinə sübh tezdən edilən basqının təfərrüatları

13:52 28 iyun 2025
#
#
# # #