ƏSA Teatrı yeni mövsümə başlayacaq

ƏSA Teatrı yeni mövsümə başlayacaq
9 sentyabr 2022
# 16:24

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında hazırlanmış “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək.

Kulis.az xəbər verir ki, tamaşa sentyabrın 28-də Akademik Rus Dram Teatrında nümayiş olunacaq.

Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anası ilə kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi macəraları bilməyən Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır…

# 2181 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı rejissorun təhsil haqqının yubadılmasına aydınlıq gətirildi

Azərbaycanlı rejissorun təhsil haqqının yubadılmasına aydınlıq gətirildi

18:12 3 sentyabr 2026
İlon Mask haqqında film çəkildi

İlon Mask haqqında film çəkildi

17:08 3 sentyabr 2026
Tanınmış feminist yazıçı vəfat etdi

Tanınmış feminist yazıçı vəfat etdi

16:35 3 sentyabr 2026
Bədənimiz “burada” olsa da... - Heç nəyi dəyişməsək, nə olacaq?

Bədənimiz “burada” olsa da... - Heç nəyi dəyişməsək, nə olacaq?

16:05 3 sentyabr 2026
"Keçmişin boz şirəsi bütün sənətkarlığı məhv edir..." - Con Eşberidən sitatlar

"Keçmişin boz şirəsi bütün sənətkarlığı məhv edir..." - Con Eşberidən sitatlar

15:00 3 sentyabr 2026
Yayımlanacaq yeni musiqi albomları açıqlandı - Siyahı

Yayımlanacaq yeni musiqi albomları açıqlandı - Siyahı

14:30 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər