Kulis.az ən yaxşı 7 vətənpərvərlik filmini təqdim edir.
"Dünkerk" (2017) – Böyük Britaniya
Rejissor: Kristofer Nolan
Film 1940-cı ildə Dünkerk döyüşündən sonra alman qoşunları tərəfindən bloklanan ingilis, fransız və Belçika birliklərinin dəniz yolu ilə boşaldılmasına haqqındadır. Film "Ən yaxşı film" və "Ən yaxşı rejissor" nominasiyaları da daxil olmaqla 8 Oskar mükafatına namizəd göstərilib və üçünü qazanıb.
"İvo Cimadan məktublar" (2006) - ABŞ/Yaponiya
Rejissor: Klint İstvud
Film İkinci Dünya müharibəsi zamanı İvo Cima adasında döyüşən yapon əsgərlərinin gözündən müharibənin ağrılarını və vətənpərvərliyin dərinliyini göstərir.O, həmçinin fərqli mədəniyyətlərin fədakarlıq anlayışını özündə əks etdirir.
"1917" (2019) – Böyük Britaniya/ABŞ
Rejissor: Sem Mendez
Film Britaniya rejissoru Sem Mendezin Kristi Uilnos-Kerns ilə birlikdə yazdığı ssenari əsasında çəkilib.
1917-ci ilin yazında ingilis ordusu Hindenburq xəttinə hücum planlaşdırdı. İki gənc əsgər Bleyk və Skofild hücumu ləğv etmək üçün cəbhə bölgəsinə məlumat verməlidir, əks təqdirdə, 1600 əsgərdən ibarət bir batalyon pusquya salınacaq. Bleyk üçün bu missiya xüsusilə əhəmiyyətlidir - çünki onun qardaşı həmin batalyonda xidmət edir.
"12-ci adam" (2017) – Norveç
Rejissor: Harald Zvart
İkinci Dünya müharibəsi dövründə bir norveçli müqavimət döyüşçüsünün nasistlərdən qaçaraq həyatda qalma mübarizəsi.
Film vətən sevgisini və bir insanın bütün çətinliklərə baxmayaraq ölkəsi üçün necə mübarizə aparacağını göstərir.
"Sonuncu mogikan" (1992) – ABŞ
Rejissor: Maykl Mann
Amerikanın şimalında ingilis düşərgələrindən birinin rəhbəri polkovnik Munronun iki qızı cəsur mayor Dunkanın müşayiəti ilə atalarının yanına gəlirlər. Onları bu qorxulu yolda hiyləgər quron Bic Tülkü müşayiət edir. Əgər Şahingöz, onun mogikan dostları Çinqaçkuk və Unkas vaxtında onlara rast gəlməsə idilər, bu yolçuların taleyinin necə olacağını söyləmək çətin olardı.
"Cəsur ürək" (1995) - ABŞ
Rejissor: Mel Gibson
Filmin hadisələri 1280-cı ildə Şotlandiyada baş verir. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun hekayəsidir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
"Troya" (2004) – ABŞ
Rejissor: Volfqanq Petersen
Qədim Yunanıstanın Troya müharibəsi əsasında çəkilmiş film.
Vətən uğrunda mübarizə, fədakarlıq və qəhrəmanlıq anlayışını mifoloji çərçivədə gözəl şəkildə tamaşaçılara çatdırır.