Əməkdar artist: "Səhnədən uzaqlaşmaq istəyirdim"

Əməkdar artist:  "Səhnədən uzaqlaşmaq istəyirdim"
28 noyabr 2024
# 09:07

"1990-cı illərdə hamımız bədbinləşmişdik. Səhnədən uzaqlaşmaq istəyirdim. Çünki sənət sınmışdı, sönmüşdü. Ticarətlə məşğul olmaq istəyirdim".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "7 Tamam" verilişində deyib. O, səhnə fəaliyyətinə davam etdiyi üçün həyat yoldaşına minnətdarlığını bildirib:

"Həmin illərdə həyat yoldaşım dedi ki, ticarət gəldi gedərdi, amma sən, Çingizsən. 10 yaşından bu sənətlə yaşamısan. Minnətdaram həyat yoldaşıma ki, məni həmin dövrdə sənətdə saxlamağı bacardı. Hər zaman da deyirəm ki, Allah Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin. Onun ruhu qarşısında baş əyirəm. Çünki 1990-cı ildən sonra insanları yenidən teatra yığdı. Özü gəlirdi və aktyorlarla görüşürdü, söhbət edirdi. Xalqı yenidən teatra yığdı ki, bu, bizə lazımdır".

# 1230 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər