"Düyməcik" tamaşasının premyerası keçiriləcək

"Düyməcik"  tamaşasının premyerası keçiriləcək
15 aprel 2025
# 16:00

Aprelin 19-20-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, tamaşa danimarkalı yazıçı Hans Xristian Andersonun 220 illiyinə həsr olunub.

Yazıçının eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

"Düyməcik"də rolları aktyorlar Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gülbəniz Lətifova ifa edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl, insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.

# 2365 dəfə oxunub

Oxşar xəbərlər

“Qızıl Şir” mükafatının qalibi bəlli oldu

“Qızıl Şir” mükafatının qalibi bəlli oldu

11:50 16 sentyabr 2026
Van Qoqun 88 tablosu sərgiyə çıxarıldı

Van Qoqun 88 tablosu sərgiyə çıxarıldı

11:30 16 sentyabr 2026
Ağdamda Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir

Ağdamda Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilir

10:15 16 sentyabr 2026
Maklemor Ed Şeeran turnesinden çıxarıldı - Fələstinə dəstəyə görə

Maklemor Ed Şeeran turnesinden çıxarıldı - Fələstinə dəstəyə görə

09:45 16 sentyabr 2026
Tanınmış azərbaycanlı rəssam Kannda mükafatlandırıldı

Tanınmış azərbaycanlı rəssam Kannda mükafatlandırıldı

09:30 16 sentyabr 2026
“15 Sentyabr – Bilik Günü”  adlı sərgi istifadəçilərə təqdim olundu

“15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olundu

18:26 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər