Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb
6 dekabr 2025
# 13:35

Portuqaliyanın Gimarayeş şəhərində Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CİFFT) dekabrın 4-5-də 37-ci yekun mərasimi keçirilib və Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb.

Kulis.az xəbər verir ki, tədbir CİFFT və Gimarayeş Bələdiyyəsinin təşkilatçılığı, Porto&Portuqaliyanın Şimalı Turizm Təşkilatı tərəfindən dəstəklənir.

Yekun mərasimdə ən yaxşı dünya turizm filmlərinin (World Tourism Film Award 2025) qalibləri mükafatlandırılıb.

CİFFT-in direktoru Alexander V.Kammel"Jordao Teatrı"nda da keçirilən mükafatlandırma mərasimində çıxışı zamanı qalibləri təbrik edərək qeyd edib ki, bu il ərzində 50-dən çox ölkədən 4000-dən çox video festivalda mükafat uğrunda yarışıb:

"Portuqaliyanın beşiyi" sayılan Gimarayeş şəhəri bu gün ən yaxşı turizm hekayələrini danışır. Şimali Portuqaliya zəngin irsi, innovasiya qabiliyyəti, mədəni müxtəlifliyi ilə tanınıb. Dünyanın ən yaxşı turizm filmləri istehsallarını qeyd etmək üçün ideal məkanı bu şəhərdə - Pirtuqaluyanın doğulduğu yerdə tapdıq. Filmləri ərsəyə gətirən peşəkarlar təşkilatlarla birlikdə əlamətdar nailiyyətlərinə görə mükafat qazanıblar. Turizm filmləri yaradıcılıq, istedad, dayanıqlılıq qabiliyyətlərinə görə dəyərləndirilib. Bu anları sizinlə bölüşməkdən şərəf duyuruq!"

Porto&Portuqaliyanın Şimalı Turizm Təşkilatının prezidenti Pedro Luis Martin qeyd edib ki, beynəlxalq tədbir şimaldakı bütün turizm əlaqələrini möhkəmləndirir:

"Filmlərin mükafatlandırma mərasiminə ev sahibliyi etmək bizim üçün şərəfdir. Portuqaliyanın şimalı beynəlxalq tədbirlər üçün təhlükəsiz və uyğun yerdir. Şimalın turizm imkanlarını təqdim etməkdən qürur duyuruq".

Gimarayeş şəhərinin meri Ricardo Araujo mükafatlandırma mərasiminin məhz Guimarayeşdə keçirilməsinin bələdiyyə üçün böyük nailiyyət olduğunu bildirib:

"Şəhərimizdə ilk dəfə keçirilən beynəlxalq tədbir bizim üçün mədəni, iqtisadi və strateji fürsətdir. Gimarayeş şəhəri UNESCO-nun İrsi siyahısındadır. 2026-cı ildə isə şəhərimiz "Avropanın Yaşıl Paytaxtı" olmağa hazırlaşır. Hazırda Gimarayeş ölkənin şimalında ən çox səyahət olunan şəhərlərdəndir. Bu baxımdan, turizmçilərin diqqətini cəlb etməsi də bizim üçün sevindiricidir. Şəhərimizdən zövq alın. Qalibləri təbrik edirəm!"

Filmlər beş əsas kateqoriya: şəhər, region, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri üzrə mükafatlandırılıb. İsveçrə, Almaniya, Sloveniya, Fransa, Polşa, Avstriya, Yaponiya, Montoneqro, İsveç, İspaniya, Portuqaliya, Bosniya və Hersoqovina, Xorvatiya və Kolumbiya ölkələrinin təmsilçiləri mükafatçılar arasında yer alıblar.

Bu il həmçinin iki xüsusi mükafat: isveçin Normmal Agentliyj ilə birlikdə hazırlanmış və BMT Turizminin iştirakını nəzərdə tutan "Turizm Mətbuatı Mükafatı" və "GreenWorking Awards" mükafatları da sahiblərinə təqdim olunub.

Təşkilatın direktoru CİFFT-in 38-ci buraxılışının 2026-cı ildə Mərakeşdə keçiriləcəyini bildirib.

Qeyd edək ki, "Global Media Group"a daxil olan "Kaspi" qəzetinin əməkdaşı Təranə Məhərrəmova mükafatlandırma mərasimində festivalın Münsiflər Heyətinin üzvü kimi iştirak edib.

# 888 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər