2013-cü ildə ekranlara çıxan və böyük maraqla qarşılanan “Raanjhanna” (“Dəlicəsinə eşq”) filmi süni intellektin müdaxiləsi ilə yenidən ekranlaşdırılır.
Kulis.az xəbər verir ki, bu, dünya kino tarixində bir ilkdir.
12 il əvvəl təqdim olunan film müsəlman qadının faciəvi sevgi hekayəsindən bəhs edir.
Adı dəyişdirilərək “Ambikapatiya” adlandırılan filmin əvvəlki faciəvi sonluğu süni intellekt vasitəsilə xoşbəxt sonluqla əvəz olunub.
Yeni versiyanın premyerası avqustun 1-də baş tutacaq.