Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət”

Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət”
9 iyun 2026
# 16:30

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət” adlı konsert təşkil edilib.

Uşaq Filarmoniyasından kulis.az-a verilən məlumata görə, musiqili-poetik tədbir beynəlxalq və milli müsabiqələr laureatı, caz və estrada vokalisti, Georgi Şaroyev adına 35 nömrəli musiqi məktəbinin fortepiano müəllimi Günel Hacıyeva və müəllim, “Gənc şairlər” uşaq ədəbi layihəsinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının (WOW) üzvü Lalə Həsənova tərəfindən təşkil olunub.

Konsert proqramında otuz beş istedadlı uşaq iştirak edib.

Lalə Həsənova və Günel Hacıyeva qonaqlara salamlama nitqi ilə müraciət ediblər. Onlar layihəyə verdiyi dəstəyə görə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadəyə səmimi minnətdarlıqlarını bildiriblər.

Gənc ifaçılar tamaşaçılar qarşısında nağıl və cizgi filmi personajlarına bənzər parlaq geyimlərdə çıxış ediblər. Tədbirin sonunda bütün iştirakçılara konsert proqramında fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

# 640 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər