Diplomlu işsizlər, varlı ustalar - Cəmiyyətin görünməyən təzyiqi

Diplomlu işsizlər, varlı ustalar - Cəmiyyətin görünməyən təzyiqi
2 sentyabr 2025
# 12:39

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Dünən axşamüstü tıxac olduğunu irəli sürüb, sürücü böyük bir məhəllənin ara yollarından istifadə etdi. Çoxsayda yaşlı insan həyətlərdə, yol qırağında oturmuşdular. Eləcə oturmuşdular, boşluğa baxırdılar, bəziləri tənbəl-tənbəl danışırdılar. Məqsəd olmayıb vaxt çox olanda, istər istəməz mövzu kimlərisə müzakirə etməyə, yaxud şəhər əfsanələrinin, şaiələrin yayılmasına yönəlir. Bu qədər pensionerin hər hansı hobbisinin olmamağı gənclərə nəzarət, onlara müdaxilə arzusu ilə nəticələnir.

Yəqin "Pensiyaya çıxıb nə edəcəm?" sualına cavab tapmadıqları, onları məşğul edəcək hobbiləri olmadığı üçün çox insan ölənə kimi işdə qalır, gənclərə yer vermək istəmir. "Gənclər bizim gələcəyimizdir, ancaq biz öləndən sonra".

Bir dekan yaşlanmış, artıq dərsi rəsmən yola verən bir müəllimi işdən çıxarmaq istəyir, "Sizi təntənəli şəkildə pensiyaya göndərək" deyir. Ertəsi gün yaşlı müəllimin çoxsayda qoruyucu mələk qismindəki tanışı olan məmurlar zəng edirlər,

"Yaşlı adamdır, işin olmasın", "Pensiyaya çıxıb nə edəcək?", "Bir-iki il ömrü qalıb, çörəyinə bais olma".

Bir avropalı ilə tanış olduq. Yaşlıdır, könüllü fəaliyyət göstərən təşkilat üzvüdür. Təşkilatın üzvləri inkişaf etməkdə olan ölkələrdə elm, texnologiya, mədəniyyət kimi sahələrdə təmənnasız seminarlar verirlər-ixtisaslarına uyğun olaraq. "Motivin nədir? Faydalı olmaq istəyirəm".

Yeni müəllimlərdən biri özəl universitetin fakultələrindən birində oxuyan tələbələrdən soruşur, "Bu ixtisas nəyi öyrənir? Siz niyə bu ixtisası seçmisiniz?"-mənalı cavab yoxdur. "Papa dedi ki, diplomun olmalıdır". Diplomlu işsizlər çoxdur, bacarıqlı usta tapılmır. Halbuki, ustaların qazancı da, statusu da "regionşünaslıq" kimi ixtisas sahəsini bitirənlərdən geri qalmır.

Ola bilər ki, problem uşaqların qarşılaşdıqları "motivasiya" metodundan qaynaqlanır-"xalxın uşaqları" standartı. İnsanlar özləri ola bilmirlər, maraqlarının ardınca gedə bilmirlər, daima mənasız şəkildə özlərini başqaları ilə müqayisə edirlər, ömür boyu rahatlıq tapmırlar.

Hər kəsin öz hekayəsi olmalıdır, ancaq belə fərziyyə qəbul edilib ki, "Hamının hekayəsi oxşar olmalıdır".

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

14:40 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
Oğuzhan Uğur saxlanıldı

Oğuzhan Uğur saxlanıldı

11:30 17 iyul 2026
İlyas Yalçıntaş həbs edildi

İlyas Yalçıntaş həbs edildi

10:32 17 iyul 2026
Xoş çaqqal Cabir - Yalçın İslamzadə

Xoş çaqqal Cabir - Yalçın İslamzadə

10:13 17 iyul 2026
Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları üzə çıxdı

17:30 16 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər