Dələduzlar Fərqanə Qasımovanın 400 manatını aldılar

Dələduzlar Fərqanə Qasımovanın 400 manatını aldılar
24 dekabr 2024
# 18:00

Əməkdar artist Fərqanə Qasımovanın dələduzların qurbanı olub.

Kulis.az xəbər verir ki, müğənninin sözlərinə görə, dələduzlar rəfiqəsinin adından istifadə edərək ondan 400 manat pul alıblar:

"Ən yaxın rəfiqəmdən mənə zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda "Fərqanə xanım, bankdayam. Pul köçürürəm, amma filan məbləğ çatmır" sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki həmin rəfiqəmin şəklini gördüm. O, elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda "Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim" sözlərini yazmışdı. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır!. Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır".

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər