Ölmədim... Yaşadım... – Şəhid qızından ürək parçalayan sözlər

Ölmədim... Yaşadım... – Şəhid qızından ürək parçalayan sözlər
17 iyul 2020
# 17:14

Kulis.az atası Qarabağ müharibəsində şəhid olmuş müğənni Aynişanın sosial şəbəkələrdə müharibə ilə bağlı paylaşdığı fikirlərin əhəmiyyətini nəzərə alıb oxuculara təqdim edir.

Bir az uzun yazacam... Günlərdi yaza bilmirdim. Çünki bir neçə gün öncə yenidən dönüb 1 yaşında uşaq olmuşdum. Yenə o qorxu, yenə göz yaşları, yenə içimdəki o boşluq... Uşaq qanmır? Başa düşmür? Mən başa düşürdüm... Əsas da hər əsgər formasında adam görəndə, üstünə “ata” deyib qaçanda başa düşürdüm ki, atam yoxdu, amma formaya belə sarılmaq təsəlli verirdi.

Necə böyüdüm? Qaranlıq... Uşaqlığım qaranlıq idi... Rəngsiz idi... Hər gecə yuxuya gedəndə, səhəri açmamağı arzu edib yatırdım. Bəli, bunu arzu edən qıızın 5 yaşı var idi. Dözə bilmirdim. Anamı daim yataqda xəstə görməyə, təkliyə, vaxtından tez böyüməyimə...

Ölmədim. Yaşadım. Birlikdə böyüdük anamla... Amma artıq çətin gəlmirdi həyat, zamansız yaşantılar insanı güclü edirmiş.

Və o gün... Yenə dünyam dağıldı. Anama zəng edib “Qorxuram” dedim, o mənə “Bizim kişilərimiz ölməyib ki, qadınlarımız qorxsun” - dedi... Yenidən hər şeyi ən başdan yaşamaqdan qorxuram. Bu bir uşaqlıq travmasıdır. Bu elə bir travmadı ki, əsla düzəlməyəcək.

Və günlərdir şəhidlərimizin balalarının video və fotolarına baxıram... İnanırsız, hər baxanda onlara ağlayıram. Onların ağır talelərinə ağlayıram... Hələ necə günlər yaşayacağından bixəbər olmaqlarına ağlayıram. Bir müddət sonra necə baş-başa qalıb, kimsənin yadına belə düşməyəcəklərinə ağlayıram.

Allahdan bütün şəhidlərimizə, bütün qəlbimlə rəhmət diləyirəm. Amma onların ruhu övladlarının üzü güləndə, bir də torpaqlarımız geri qayıdanda rahat olacaq.

Hər ikisi çox çətin işdir. Amma birlik olsaq, şəhidlərimizə və onların ailəsinə sahib çıxsaq, bacararıq.

O ki qaldı sülhə... İnanmıram ki, sülh olsun. Heç kim rahatlıqla torpaqlarımızı geri verməz. Müharibə olmalıdır.

Amma mən yenə də bunları düşünüb, gələcəkdə yaşanacaqları düşünüb, vətənim üçün, xalqım üçün ağlayıram.

# 6033 dəfə oxunub

Oxşar xəbərlər

Müasir incəsənətin panoraması - Çingiz Babayev

Müasir incəsənətin panoraması - Çingiz Babayev

18:35 24 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

16:20 24 fevral 2026
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər