"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi

"Bu nə deməkdir?" - Qismət nazirliyin keçirdiyi müsabiqəni tənqid etdi
21 yanvar 2021
# 16:38

“Sovetdənqalma, sosialist məzmunlu, arabesk xarakterli "hepimiz kardeşiz" şəklində mükafatlar artıq bütün dünyada gülüş obyektidir”

Kulis.az xəbər verir ki, tanınmış şair Qismət Rüstəmov Mədəniyyət Nazirliyinin keçirdiyi ədəbiyyat müsabiqəsini tənqid edib. O, artıq bu cür müsabiqələrin formatının dəyişilməli olduğunu qeyd edib:

“Niyə ədəbiyyat mükafatlarının formatı dəyişmir? Mədəniyyət Nazirliyinin "Vətənpərvərlik mövsuzunda ədəbiyyat müsabiqəsi"nin qalibləri açıqlanıb. Bütün müəllifləri təbrik edirəm, xeyirliyə xərcləsinlər. Məni yenə də işin formatı maraqlandırır, dəfələrlə yazmışam, sovetdənqalma, sosialist məzmunlu, arabesk xarakterli "hepimiz kardeşiz" şəklində mükafatlar artıq bütün dünyada gülüş obyektidir. Bu nə deməkdir axı: Üç nəfər birinci yer! Dörd nəfər dördüncü yer! On nəfər onuncu yer! Mədəniyyət Nazirliyi gərək yalnız bir qalibi olan, yaxşı mükafat fondu olan mükafatlar təsis etsin. Müəllifləri, əsərləri cəmiyyətə təqdim etməyin ən effektiv yollarından biri budur. Baxın, "Buker" mükafatına, hər il bir müəllifin bir kitabının adı bütün dünya ilə bir olur, müəllif həm yaxşı pul mükafatı qazandığı üçün növbəti yaradıcı işlərinə köklənə bilir, həm qalib gəlmiş kitabın satışı artır, həm də dünyanın hər yerində həmin kitabın müəllif hüquqlarını almaq üçün təkliflər gəlməyə başlayır.

Bu, sadə həqiqətdir: hamını qalib elan etmək, heç kimi seçməməkdir, heç kimi seçməmək isə hamıya muncuq paylamaqdır.”

# 2994 dəfə oxunub

Oxşar xəbərlər

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

Londonda azərbaycanlı rəssamların sərgisi açıldı

15:30 27 fevral 2026
Müğənni Edis saxlanıldı

Müğənni Edis saxlanıldı

15:06 27 fevral 2026
"Mən insanları aldadan  saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

"Mən insanları aldadan saxtakaram..." – Nobel mükafatçısının hansı məşhur əsərinin əlyazmasını it yemişdi?

15:00 27 fevral 2026
Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə danışdı

14:58 27 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər