Ceki Çanın sevimli aktyoru vəfat etdi

Ceki Çanın sevimli aktyoru vəfat etdi
11 aprel 2023
# 13:00

Honq-Konqlu aktyor Riçard Nq 83 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Deadline məlumat yayıb. Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.

Riçard Nq 17 dekabr 1939-cu ildə Quançjouda (Quanqdonq, Çin) anadan olub. Ng-nin ilk diqqətəlayiq rolu 1976-cı ildə Michael Hui-nin "Private Eyes" komediyasında olub. 1979-cu ildə Ng rejissor kimi yeganə filmi "Ən çirkin qətl"i çəkib.

O, Ceki Çan və Yuen Biaonun da rol aldığı "Lucky Stars" serialında oynayıb. 1990-cı illərdə Sammo Hung ilə 8 filmdə, o cümlədən "Bir Zamanlar Çində və Amerikada" filmində rol alıb. Aktyor "Qaliblər və Günahkarlar" və "Günəşin batmasından sonra" filmlərindəki rollarına görə iki dəfə Honq Konq Film Mükafatlarında Ən Yaxşı Aktyor nominasiyasına namizəd olub.

Sənətçi tez-tez Honq Konq filminin ulduzları Ceki Çan, Mişel Yeoh, Endi Lau və Cet Li ilə birlikdə işləyib. 1997-ci ildə Riçard Nq Londona köçüb. 2005-ci ildə "Bill" və 2006-cı ildə "Nickelodeon's Genie in the House" filmlərində görünüb. O, həmçinin Kanal 4-ün “Böyük Çin Səddi" sənədli dramında Çin imperatorunu canlandırıb.

# 2312 dəfə oxunub

Oxşar xəbərlər

Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
142 il əvvəl itən intibah dövrü sənət əsərləri  bir evin dəhlizində tapıldı

142 il əvvəl itən intibah dövrü sənət əsərləri bir evin dəhlizində tapıldı

12:30 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər