Bu şayiələr doğrudurmu? - Toto Kutunyo haqqında maraqlı faktlar

Bu şayiələr doğrudurmu? - Toto Kutunyo haqqında maraqlı faktlar
7 iyul 2023
# 21:00

Bu gün məşhur italiyalı müğənni Toto Kutunyonun doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı məlumatları təqdim edir.

İstənilən dünya miqyaslı ulduz kimi, Kutunyonu artıq neçə onilliklərdir ki, çoxsaylı şayiələr müşaiyət edir. Yeri gəlmişkən, bu şayiələrdən bəzisi həqiqət imiş. Beləliklə, deyirlər ki…

“Kutunyo ölüm ərəfəsindədir! O, Belçika konsertini təxirə salıb!"

"Onun ürəyində problem var!” “Kutunyo təcili xəstəxanaya yerləșdirilib…” "Kutunyo həyat və ölüm arasındadır…”

Bu xəbərlər təbii ki, onun doğmalarını, pərəstişkarlarını həyəcanlandırmışdı.

Nəhayət, Toto Kutunyo açıqlama vermişdi ki, narahatçılığa əsas yoxdur, o, İtaliyanın ən yaxşı həkimlərinin nəzarətindədir və tezliklə səhnəyə qayıdacaq.


“Uzun müddətdir bir rus qızla münasibətdədir.”

Kutunyo rus qızlarından xoşlandığını heç vaxt gizlətməyib. Amma, qeyd edib ki, rus qızlarıyla uzunmüddətli münasibətlərə tab gətirə bilməz..

“Kutunyonun başqa bir arvadı və hətta ondan bir oğlu da var”

Musiqiçinin, həqiqətən, sevgilisi və ondan bir oğlu olsa da,

50 ildir Karla ilə evlidir. O dəfələrlə qeyd edib ki, heç vaxt Karladan ayrılmayacaq, heç vaxt başqa birilə evlənməyəcək.

1967-ci ildə çimərlikdə tanıș olublar. Seviblər, evləniblər, fəqət problemli hamiləlik dövründə bəlli olub ki, Karla heç vaxt ana ola bilməyəcək.

Toto Kutunyo uzun müddət oğlu olduğunu gizlədir, gizlədir, ancaq illər keçdikcə bu yalan ona əzab verməyə başlayır. Nəhayət, arvadına etiraf edir.

Kutunyo peşəkar mühasibdir.

Ali musiqi təhsili almayıb.

Konsertlərinin çoxunda fonoqramma oxuyur”

Bu şayiəni dəfələrlə təkzib edib. Musiqiçi etiraf edib ki, vokal qabiliyyəti olmasa da, canlı oxumağı bacarır.

Toto Kutunyo 2008-ci il noyabrın 8-də ilk dəfə Bakıya gəlib və Heydər Əliyev adına sarayda, "Qatar" adlı konsert proqramıyla çıxış edib.

18 dekabr 2013-cü ildə isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo başda olmaqla, "San-Remo" festivalının digər iştirakçıları Albano, Rikardo Folyi, Umberto Tossi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya konsert proqramı ilə çıxış ediblər.

Toto Kutunyo həmin konsertdə məşhur, sevilən hitləri ilə yanaşı, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i də ifa edib.

# 3383 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

Ramiz Zöhrabov ilk dəfə hansı yeniliyi tətbiq etmişdi?

12:10 2 may 2026
"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

"Mən onları gözübağlı da udaram..." - Aleksandr Alyoxindən şahmat oynamağı necə öyrəndim?

12:00 2 may 2026
Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

Kinoda və teatrda ana rollarının ən yaxşı ifaçısı... - Onu səhnəyə kim qaytarmışdı?

10:30 2 may 2026
Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər