Bizə artıq pul lazım deyil - Anardan Elza Seyidcahana cavab

Anar, Xalq yazıçısı

Anar, Xalq yazıçısı

8 yanvar 2022
# 13:10

Əməkdar artist Elza Seyidcahan müsahibəsi zamanı bildirmişdi ki, pandemiyadan öncə mərhum Xalq şairimiz Fikrət Qoca onu Azərbaycan Yazıçılar Birliyinə üzv edəcəklərini bildirib. E.Seyidcahan bu dəfə AYB-nin sədri, Xalq yazıçısı Anara müraciət edib. O bildirib ki, illik 15 manat olan üzvlük haqqının əvəzinə, 150 manat ödəməyə hazırdır, təki onu AYB-ə üzv götürsünlər.

Kulis.az xəbər verir ki, məsələylə bağlı AYB-nin sədri Anar, mediaya açıqlamasında bunun üçün Elza xanımın AYB-nin qəbul komissiyasına müraciət etməsini məsləhət görüb:

“Fikirləşirəm ki, məsələnin belə qoyulması düzgün deyil ki, mən 15 manat yox, illik 150 manat ödəyərəm. Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi var və orda nə qədər göstərilibsə, onu da ödəməlidirlər. Təki onu ödəsinlər artıq pul bizə lazım deyil. Özü də AYB-ə qəbul etmirik ki, kimsə ilkin üzvlük haqqını çox verəcək.

Elza Seyidcahanın AYB-ə üzv olması məsələsinə qəbul komissiyası baxacaq. Bu komissiyaya da şair Səlim Babullaoğlu rəhbərlik edir. Elza xanım da həmin komissiyaya müraciət etsin”.

# 7947 dəfə oxunub

Oxşar xəbərlər

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər