"Bizdə tərcümə işi bədahətəndir" - Qismət

"Bizdə tərcümə işi bədahətəndir" - Qismət
17 aprel 2024
# 11:00

Kulis.az Qismətin yeni yazısını təqdim edir.

Görünür, bizdə tərcümə işi də impulsiv, bədahətən, spontan xarakterlidir.

150 cilddə "Don Kixot" romanı bir cild şəklində təqdim olunub, halbuki əsər iki cilddir, üstəlik, bizdə çap olunan əsərin birinci (əsas sayılan) cildi yox, ikinci cildidir. Qoqolun seçilmiş əsərləri çap olunub, içində "Ölü canlar" yoxdur.

Tərcümə nəzəriyyəsi ilə bağlı mənim ən sevdiyim kitablardan biri Lourens Venutinin yazdığı “Tərcüməçinin görünməzliyi” (The Translators invisibility) əsəridir.

undefined

Venuti bu kitabında təxminən belə deyir:

"Tərcüməçi əsərin kölgədə qalsa da, həmmüəllifidir və eynilə əsərin əsas müəllifi kimi onun da mətndə göründüyü və gizləndiyi müstəvilər olur".

Venuti belə bölür: Əgər tərcümə mətni oxucuya axıcı, rəvan, ana dilində yazılmış kimi gəlirsə, burada tərcüməçi görünməzdir, ismi-pünhandır. Ancaq bu bizdə zənn edildiyi kimi, mütləq yaxşı hal deyil. Çünki bu metodda tərcüməçi çox vaxt mətni öz kültürünə adaptasiya edir, orijinalın özünəməxsusluğunu öz mədəniyyəti xeyrinə əhliləşdirir. Yəni bu metodun keçərli olduğu yer var, səhv olduğu yer var.

Tutalım, Bodler bir şeirində yunan muzalarının adlarını sadalayırsa, tərcüməçi kimi sən rahatlıq adına bütün muzaların adının hamısını “pəri” edirsənsə, Venutiyə görə, burada kontekstə müstəmləkə münasibəti bəsləyirsən.

Biri də var, tərcüməçinin göründüyü mətnlər. Tərcüməçi yad mədəniyyətin vacib elementlərini, rənglərini mümkün dərəcədə saxlamağa, hətta onun yaxşı anlaşılması üçün ətək qeydlərində şərhlər yazmağa başlayırsa, burada tərcüməçi görünməyə başlayır və mətn elan edir ki, mən tərcüməyəm.

Venuti deyir ki, tərcüməşünaslıqda həmişə orjinal mətni ata-mətn, tərcümə mətnini isə ögey övlad sayırlar. Yəni çox vaxt tərcüməçi əlinə düşən bu ögey övladı həqiqi atasına yox, özünə oxşatmağa çalışır.

# 2755 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur türk aktyor vəfat etdi

Məşhur türk aktyor vəfat etdi

14:45 29 sentyabr 2026
Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

14:00 29 sentyabr 2026
“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

13:15 29 sentyabr 2026
Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər