Hicablı müəllim Axundovun fanatizmə qarşı mübarizəsini necə öyrədir? - Kəramət Böyükçöl

Hicablı müəllim Axundovun fanatizmə qarşı mübarizəsini necə öyrədir?  - Kəramət Böyükçöl
9 oktyabr 2026
# 15:25

Kulis.az "Replika" rubrikasında Kəramət Böyükçölün məktəblərdə hicab qalmaqalı ilə bağlı fikirlərini təqdim edir.

Hicabla bağlı bir kəlmə də mən deyim. Biz məktəbə niyə gedirik? Təhsil almağa, bilik qazanmağa, dünyanı, cəmiyyəti və özümüzü anlamağa.

Bəs məktəbdə kimləri öyrənirik? Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlili, Hüseyn Cavidi, Üzeyir Hacıbəylini və s.

Bəs bu maarifçilərimiz, ziyalılarımız, ədiblərimiz, mütəfəkkirlərimiz nə ilə mübarizə aparırdılar? Cəhalətlə, mövhumatla, xurafatla…

İndi mənə maraqlıdır, başında hicab olan bir müəllim Axundovun dini fanatizmə qarşı mübarizəsini, Sabirin mövhumata yönəlmiş satiralarını, Mirzə Cəlilin cəhaləti ifşa edən əsərlərini şagirdlərə necə öyrədir?
Məktəbdə Axundovdan, Sabirdən, Mirzə Cəlildən dərs deyən bir müəllim onların düşüncələri ilə hicab arasında münasibəti bilmirmi?

Axı bu maarifçilər Azərbaycan insanını qəflət yuxusundan oyanmağa, elmə, maarifə, düşünməyə çağırırdılar. Biz də bu gün onların düşüncələrini öyrənmək üçün məktəbə gedirik. Amma onların fikirlərini öyrənə-öyrənə mübarizə apardıqları düşüncə tərzini öz həyatımızda yaşadırıqsa, deməli, məktəbin mahiyyətini hələ anlamamışıq.

# 146 dəfə oxunub

Oxşar xəbərlər

"Güc və inam insanın daxilindən qaynaqlanır..." - Anna Freyddən sitatlar

"Güc və inam insanın daxilindən qaynaqlanır..." - Anna Freyddən sitatlar

15:00 9 oktyabr 2026
Tanınmış sənətçilərin 10 illik evliliyi sonlanır - Səbəb

Tanınmış sənətçilərin 10 illik evliliyi sonlanır - Səbəb

14:30 9 oktyabr 2026
Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifələr açılır - RƏSMİ AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifələr açılır - RƏSMİ AÇIQLAMA

14:12 9 oktyabr 2026
Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksində

Beynəlxalq səyyahlar Xudavəng monastır kompleksində

13:45 9 oktyabr 2026
Het imperiyasına aid mixi yazılı lövhələr tapıldı

Het imperiyasına aid mixi yazılı lövhələr tapıldı

13:30 9 oktyabr 2026
Nobel Sülh mükafatının laureatı açıqlandı

Nobel Sülh mükafatının laureatı açıqlandı

13:05 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər