Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq

Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq
17 fevral 2025
# 14:17

Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub.

Kulis.az xəbər verir ki, tanınmış rəssamın Nəsimi rayonu Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb.

Elçin Qasımovun əşyalarını kim oğurlayıb?

Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədildiyi müəyyən edilib.

Elçin Qasımovun evindən nələr oğurlanıb?

Məlum olub ki, oğurlanan əşyalar arasında çoxsaylı bahalı qol saatları, tarixi əhəmiyyətli əşyalar və çoxillik içkilər olub.

Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 7 min manatlıq “Francesco Scognaniglio” markalı, 14 000 manat dəyərində “Etro Milano” markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı, 11 000 manat dəyərində “Thes Thes” markalı, 2800 manat dəyərində “Pajaro” markalı, 5500 manat dəyərində “Thes irevelle” markalı, 6200 manat dəyərində “Albeno Fercci” markalı, 1850 manat dəyərində “Adoma” markalı gödəkcələrin oğurlanması da məlum olub.

Həbs edilən gözətçi barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) və 183-cü ( Xüsusi dəyəri olan əşyaları talama) maddələri ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, oğurluq hadisəsi Elçin Qasımov ailəsi ilə birgə bağ evində olduğu müddətdə baş verib. O, Bülbül prospektində yerləşən 6 otaqlı, 400 kvadrat metrlik evinin açarını binanın gözətçi köşkündə etibar etdiyi Üzeyirə verərək gedibmiş.

Gözətçiyə nə qədər cəza verilib?

Gözətçi həbs ediləndən sonra onun oğurladığı əşyaların bir qismi geri qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib. Qafqazinfo

# 1628 dəfə oxunub

Oxşar xəbərlər

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

17:37 27 aprel 2026
Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər