Bakı Psixologiya Mərkəzi korporativ əməkdaşlığını genişləndirir

Bakı Psixologiya Mərkəzi korporativ əməkdaşlığını genişləndirir
1 oktyabr 2025
# 10:56

Bakı Psixologiya Mərkəzi korporativ əməkdaşlığını genişləndirir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Bakı Psixologiya Mərkəzi fərdi konsultasiya və psixoterapiya, uşaq və yeniyetmə terapiyası, psixoloji qiymətləndirmə və psixoloji diaqnostika, ailə və cütlük terapiyası, karyera konsultasiyası, qrup terapiyaları, korporativ konsultasiya və onlayn terapiya xidmətlərini təklif edir.

Eyni zamanda, Bakı Psixologiya Mərkəzi tərəfindən korporavit konsultasiya çərçivəsində korporativ superviziya, işə qəbul prosesində konsultasiya, liderlər və personal üçün təlimlər, komanda işinin təşkili, təşkilatda psixososial ehtiyaclar, iş mühitində stress vəziyyəti, psixi sağlamlıq xidmətləri aparılır.

Bundan başqa, iş yerində rifah layihəsi üzrə biopsixososial model əsaslı rifah proqramı, psixososial dəstək bacarıqlarının gücləndirilməsi proqramı, fərdi psixoloji konsultasiya da Mərkəzin göstərdiyi xidmətlər sırasındadır.

Qeyd edək ki, korperativ əməkdaşlıq çərçivəsində Bakı Psixologiya Mərkəzi ilə Dərs Evi arasında qarşılıqlı əməkdaşlığa dair rəsmi müqavilə imzalanıb. Müqavilə çərçivəsində mərkəzin peşəkar psixoloqları Dərs Evinin şagirdləri və valideynləri üçün fərdi və qrup formatında psixoloji dəstək proqramlarının, eləcə də müxtəlif təlim və seminarların təşkilini həyata keçirəcəklər.

Əməkdaşlıq çərçivəsində həmçinin Dərs Evinin müəllim və idarəetmə komandası üçün peşəkar inkişaf, iş mühitində psixoloji rifah və kommunikasiya bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq sayəsində Dərs Evinin komandası, şagirdləri və valideynləri üçün psixoloji seanslarda xüsusi endirimli qiymətlər tətbiq ediləcək.

# 1446 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər