AzTV-nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimatı oldu

AzTV-nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimatı oldu
21 iyul 2026
# 10:05

"Azərbaycan Televiziya və Radio Verilişləri QSC"nin sifarişi ilə hazırlanan “Sultan Həsən Bahadur” filminin təqdimat mərasimi olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim olunan ekran əsərinin milli kimliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyini, süni intellektin yaradıcılığın yeni formalarından biri kimi qəbul edilməli olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, iki il əvvəl “Tariximizlə qürur duyuruq” layihəsinə start verilib və bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilir. QSC sədri əlavə edib ki, tarixi yaşatmaq və onu gələcək nəsillərə çatdırmaq Azərbaycan Televiziyasının əsas missiyalarından biridir və film Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

Qeyd edək ki, filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadə, rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.

# 443 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər