Azərbaycanlı fotoqrafın Fransada sərgisi keçirildi - Fotolar

Azərbaycanlı fotoqrafın sərgisi

Azərbaycanlı fotoqrafın sərgisi

19 oktyabr 2021
# 16:01

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı fotoqraf Maya Bağırovanın fotolarından ibarət sərgi açılıb.

Kulis.az xəbər verir ki, “Bakı otelləri” sərgisi “Prix Villegiature 2020-2021” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi nominasiyalar üzrə mükafatlandırma tədbiri çərçivəsində təşkil edilib. Sərgidə gənc fotoqrafın çəkdiyi Bakıdakı otellərin fotoları nümayiş olunub. “Absheron”, “Four Seasons”, “Fairmont “ kimi tanınmiş otellərin fotoları tədbir iştirakçılarının diqqətini cəlb edib.

Qeyd edək ki, “Prix Villegiature 2020-2021” tədbirində bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər. Otel sektorunun nümayəndələri otellərimizlə maraqlanıblar. Onlara Azərbaycan tarixi, otelçiliyi haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, “Prix Villegiature 2020-2021” münsiflər heyəti “Fairmont Baku” otelini 5 otel arasında Avropada ən yaxşı daxili dizayn və arxitektura nominasiyası üzrə mükafatlandırıb. 2014 və 2017-ci illərdə “Four Seasons Baku” və Qəbələdəki “Chenot Palace Health Wellness Hotel”i otellər arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib olublar.

# 3305 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər