Azərbaycan Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində

Azərbaycan Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində
6 dekabr 2024
# 09:36

Azərbaycanın ABŞ-dakı səfirliyi və Azərbaycan Evi Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində iştirak edib.

Kulis.az-ın məlumatına görə, Ronald Reyqan binası və Beynəlxalq Ticarət Mərkəzində təşkil olunmuş tədbirdə 68 ölkənin diplomatik nümayəndəlikləri qatılıb. Sərgidən əvvəl səfirlər üçün qəbul təşkil edilib. Daha sonra tədbirin rəsmi açılış mərasimi olub. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim sərginin media orqanına ABŞ-Azərbaycan münasibətləri, eləcə də ölkəmizin zəngin tarixi, mədəni irsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib.

Azərbaycanlı iş adamlarının, tələbələrin və icmanın digər təmsilçilərinin iştirak etdiyi sərgidə Azərbaycana məxsus pavilyonunda ölkəmizin mətbəxinə dair nümunələr, mədəniyyətini əks etdirən milli geyimlər, müxtəlif eksponat və suvenirlər, habelə qədim tarixi abidələr, müasir infrastruktur və turizm potensialına dair bukletlər, Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlər haqqında məlumatları əks etdirən şəkillər nümayiş etdirilib. Həmçinin qonaqlara ölkəmizin COP29-a uğurlu sədrliyi ilə bağlı məlumat verilib.

Azərbaycan pavilyonunda ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər. Azərbaycan Evinin üzvləri ziyarətçilərə ölkəmiz haqqında müxtəlif kitablar, jurnal və bukletlər paylayıblar.

Sərgidə iştirak edən qonaqlar Azərbaycan pavilyonunu xüsusi maraqla qarşılayıblar. (Azərtac)

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər