Azad Zamanov: "Alim Qasımova dərs demişəm"

Azad Zamanov:  "Alim Qasımova dərs demişəm"
17 iyul 2025
# 18:47

“Üzdə olan müğənnilərin çoxu İncəsənət Universitetində dərs deyərkən mənim tələbələrim olub. Məsələn, Alim Qasımova, Brilliant Dadaşovaya, Mənsum İbrahimova, Manaf Ağayevə, Almaz Ələsgərliyə aktyorluq sənəti üzrə dərs demişəm”.

Kulis.az xəbər verir ki, bu sözləri pedaqoq, müğənni, polkovnik Azad Zamanov “Yeni Müsavat”a müsahibəsində deyib.

30 il səhnədən uzaq düşən və məmur fəaliyyəti ilə məşğul olan sənətçi hazırda toylara getdiyini qeyd edib:

“Lap gənclik illərimdən bu günə qədər heç vaxt toya gedəndə konkret məbləğ istəməmişəm. Gedib oxuyuram, yaxşı da yola salırlar. İndiki zəmanədə ayağımı dirəyib hansısa miqdarda pul istəmək mənim üçün ayıb sayılar. Məni toya çağırırlarsa, deməli, yaddan çıxmamışam. Elə adam var ki, həm özünün, həm oğlunun, həm də nəvəsinin toyunda oxumuşam”.

O, fəxri ada layiq görülməməsinə də münasibət bildirib:

"Heç Əməkdar artist adı verilməyib, qalmışdı ki, Xalq artisti. Eybi yox. Dövlət mənə işlədiyim müddətdə polkovnik rütbəsi verdi. Mən xalqın artistiyəm”.

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər