"Ayrılanda “cehizini” də özü ilə apardı” - Anar Afaq Məsud haqqında danışdı

"Ayrılanda “cehizini” də özü ilə apardı” - Anar Afaq Məsud haqqında danışdı
21 iyul 2025
# 15:00

"Sonra o bizdən ayrıldı. Ayrılanda “cehizini” də özü ilə apardı. Bizim aldığımız büdcə ilə özünə müstəqil qurum yaratdı”.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Anar "AStar"a verdiyi müsahibədə bir vaxtlar əsası qoyulmuş Tərcümə Mərkəzinin yaranma prosesi və sonrakı taleyi ilə bağlı sualı cavablandırarkən deyib.

Xalq yazıçısının sözlərinə görə, Afaq xanımın müraciətindən sonra onu Mərkəzə müavin təyin ediblər:

“Tərcümə Mərkəzini Yazıçılar Birliyinin yanında mən yaratdım. O vaxt müraciət etdim ki, Gürcüstanda belə bir mərkəz var, bizdə də olsun. İcazə verdilər, yaratdıq. Dilçi, deputat Aydın Məmmədovu sədr təyin etdik. Başladılar işləməyə. Sonra Afaq xanım (Xalq yazıçısı Afaq Məsud) gəlib dedi ki, televiziyada işləyə bilmir. Onu Mərkəzə müavin təyin etdik”.

Yazıçı bildirib ki, qurumun davamlı fəaliyyət göstərə bilməsi üçün o, dövlət başçısına müraciət edib və bu müraciət müsbət cavablandırılıb:

“Sonra mən Mərkəzi büdcəyə salmaq üçün Cənab Prezidentə müraciət etdim. O da qəbul etdi. Sonra Afaq xanım Yazıçılar Birliyi ilə işləmək istəmədi. Bilirəm, ona kim kömək elədi. Sonra onlar bizdən ayrıldı. Ayrılanda “cehizini” də özü ilə apardı. Bizim aldığımız büdcə ilə özünə müstəqil qurum yaratdı”.

Xalq yazıçısı Anar qeyd edib ki, həmin qurum artıq ləğv edilib və o, yaranmış fürsətdən istifadə edərək təkliflə çıxış edib:

“İndi o qurumu ləğv eləyiblər. Deyirəm ki, o büdcənin, heç olmasa, yarısını bizə verin, halal malımızı bizə qaytarın, biz restoranı ləğv eləyək (red.: söhbət AYB-nin birinci mərtəbəsində yerləşən restorandan gedir), burada ədəbiyyat ocağı yaradaq, görüşlər keçirək. Natəvan klubu var, amma ora daha genişdir. Müraciət etmişik, görək nə olur.”

# 2875 dəfə oxunub

Oxşar xəbərlər

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

Qətlə yetirilən məşhur rejissorun oğlu atasından danışdı

14:12 27 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər