Atasıyla avtoritetin məzarını yad eləyən oğul

Atasıyla avtoritetin məzarını yad eləyən oğul
23 yanvar 2024
# 15:32

Kulis.az Ülvi Bahadırın "Məktəblini kim bıçaqlayıb?" adlı yeni yazısını təqdim edir.

Məktəblərdə baş verən bıçaqlanmalara heç vaxt təəccüblənməmişəm.

Nədən ki, məktəbli olanda bu tip hadisələrə dəfələrlə rast gəlmişəm. Gözümün qabağında elə hadisələr olub ki...

Hətta məktəblərarası davalar olurdu, yer təyin eləyib dava eləyirdilər. Sən getmirdinsə, olurdun qızbibi, maygülü...

Məsələn, qərar verilirdi ki, dərsdən qaçacağıq. Hünərin var, qaçma...

Sən qaçmırdınsa, olurdun satqın, çumo.

Səhər saatlarında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qabağında insident baş verib. Məktəbli Rəhimov Raulla bıçaqlanıb.

Belə...

Vallah, mən sizin təəccübünüzü başa düşmürəm.

Biz eyni ölkədə yaşayırıq?

Bu ölkədə səhərdən-axşamacam kriminal təbliğat gedir.

Hətta efirlərdə kriminal avtoritetlər barədə buraxılışlar yayımlanır. Efirə gələnlər onlar haqqında xoş sözlər deyirlər. Ona baxan 12-13 yaşında uşaqlar nə fikirləşir?
Deyirlər, yəqin, bu adam yaxşı adamdır ki, bu qədər ağsaqqal-ağbirçək haqqında belə bəzək-düzəkli danışır. Mən də böyüyəndə belə olacam.

Bəli. Nümunələr şərtdir.

Ata var, oğluyla birgə avtoritetin məzarını yad eləyir, siz də deyirsiniz ki, məktəbdə bıçaqlanma olub.

“Ay mammaa, boje moooy...”

Müğənnilər, meyxanaçılar avtoritetlər barədə mahnılar oxuyurlar.

O kliplərin milyonlarla baxışı var.

Məzələnirsiz?

Başqa necə olmalıdı ki?

Meyxan məclislərində oğrular, avaralar tərif olunur, həbsxanaların, əslində, o qədər də pis yer olmadığı vurğulanır. Həmin mağarlarda da hər yaşdan adamlar olur. Yəni əsas odur ki, qadınlar yoxdur, uşaq-muşaq olsa da, olar.

Hər şey uşaqlıqdan başlayır.

Məktəblərdə dərslər hansı səviyyədə keçirilir?

Mən oxuyan illərdə Əmək təlimi, İnsan və cəmiyyət kimi fənnlər demək olar ki, keçilmirdi. Həmin dərsləri axıra salırdılar və evə gedirdik.

Beləliklə, özümüzü necə aparmalıyıq, bilmirik.

Valideynlərin də diplom fetişi bitmir ki, bitmir.

Övladların gələcəyi üçün yox haa, qonşudan dala qalmamaq üçün.

Hara girirsən, gir, axır, qonum-qonşu yanında biabır olmayım.

Gir, sonra nə istəyirsənsə, elə.

Şagirdləri hər gün yoxlamaqdansa, onların düşüncələrini dəyişmək lazımdı.

Müəllimlər, nəhayət, təkcə repetitor yox, müəllim olduqlarını da xatırlamalıdırlar.

İşsizlik hər keçən gün artır. Gənclər bütün günü çayxanalardadı.

Hər şey üst-üstə toplanır, toplanır, toplanır və bıçaq kimi sancılır kürəyimizə.

Cəmiyyəti dəyişmək üçün özümüzdən başlamalıyıq.

Bəli, o bıçağın tiyəsində bizim də əl izimiz var...

# 9490 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #