“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək
4 may 2024
# 16:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 16-17 may tarixlərində “ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək.

Kulis.az xəbər verir ki, regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədi ilə keçirilən tədbir “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində baş tutacaq.

“ANİMAFİLM Lənkəranda” tədbirində uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində iki günlük animasiya təlimi keçiriləcək. “ANİMAFİLM Lənkəranda” tədbirində iştirak ödənişsizdir, proqramı isə www.anima.az rəsmi saytında dərc olunacaq.

Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində, 2021-ci ildə “ANIMAFILM Şəkidə”, 2023-cü ildə isə “ANIMAFILM Naxçıvanda” tədbirlər keçirilib.

Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır.

# 2097 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər