UNESCO-nun Baş qərargahında Nizami Gəncəvinin 880 illiyi qeyd edilib - Fotolar

UNESCO-nun Baş qərargahında Nizami Gəncəvinin 880 illiyi qeyd edilib - Fotolar
5 oktyabr 2021
# 16:32

Parisdə UNESCO-nun Baş qərargahında Azərbaycanın qurumdakı Daimi Nümayəndəliyi və UNESCO Baş Direktorluğunun birgə təşkilatçılığı, habelə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə APA-ya Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyindən bildirilib.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev, UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, Türkiyənin UNESCO yanında daimi nümayəndəsi və UNESCO Baş Konfransının Prezidenti, səfir Altay Cengizer çıxış edərək Nizami Gəncəvinin yaradıcılığı və dünya ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

Səfir Elman Abdullayev Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyətinin və ədəbiyyatının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə toxunaraq, Nizami Gəncəvi ədəbi irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində reallaşdırdığı işlərdən danışıb. Dahi şairin “Xəmsə”sinin bir çox Avropa dillərinə tərcümə edildiyi qeyd edilib. Anadan olduğu Gəncə şəhərini heç vaxt tərk etməmiş böyük mütəfəkkir və şairin bir neçə dildə yazıb yaratdığı diqqətə çatdırılıb.

Bildirilib ki, 8 əsr əvvəl yaratmış dahi Nizaminin əsərlərində bu gün də aktuallığını itirməmiş ideya və dəyərlər – qadın hüquqları, bərabərlik, ədalət, sülh, bərabər təhsil – təbliğ edilib. Nizaminin əsərlərində təbliğ olunan dəyərlər sisteminin müasir dövrümüzdə də əsas ideyalar olaraq qaldığı, Dayanıqlı İnkişaf Məqsədləri – 2030 Gündəliyi ilə səsləşdiyi və UNESCO-nun da prioritetləri və istiqamət fəaliyyətləri ilə də üst-üstə düşdüyü diqqətə çatdırılıb.

UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez Nizami Gəncəvinin fəlsəfi ideyalarının əhəmiyyətinə toxunaraq əsərlərinin məziyyətlərindən danışıb.

Qeyd edilib ki, Nizami əsərləri əsasında hazırlanmış “Miniatür sənəti” nominasiyası 2020-ci ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Ernesto Ottone Azərbaycan Hökumətinə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə UNESCO-nun 2003-cü il Konvensiyasına daima dəstək olduğuna görə təşəkkürünü bildirib.

Altay Cengizer də çıxışında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əsrlər boyu mühüm əhəmiyyət kəsb etdiyini, «İpək Yolu»-nda yerləşən şəhərdə mədəniyyətin geniş inkişaf etdiyini və Nizami Gəncəvinin əsərlərində ali insanlıq dəyərlərinin vəsf edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təqdim etdiyi sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi dəyərləri təbliğ etmiş dahi mütəfəkkir Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş miniatürlərdən ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycanlı pianoçu Etibar Əsədli və fransız skripkaçı Albertin Obert Nizaminin sözlərinə yazılmış musiqiləri ifa ediblər.

# 2088 dəfə oxunub

Oxşar xəbərlər

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam"  işıq üzü görüb

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam" işıq üzü görüb

14:24 19 avqust 2025
Vudi Allen və  Emir Kusturitsa  Moskva Beynəlxalq Kino Həftəsində

Vudi Allen və Emir Kusturitsa Moskva Beynəlxalq Kino Həftəsində

14:10 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər