Trampın ədəbsiz həyat hekayələri nəşr olunacaq

Trampın ədəbsiz həyat hekayələri nəşr olunacaq
16 iyun 2020
# 13:21

Son günlərdə haqqında yazılan kitablarla başı bəladan əskik olmayan ABŞ prezidenti Donald Tramp haqqında daha bir qalmaqala səbəb olacaq kitab yazılır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin qardaşı oğlu Meyri Trampın qəlmə aldığı “Too Much and Never Enough” adlı kitabda Trampın şübhəli vergi işləri və ədəbsiz həyat hekayələrinə yer alıb.

Kitabda həmçinin Donald Trapmla bacısı Maryanna Tramp Beyrri arasında baş verən və Tramp Beyrrinin qardaşınının əleyhinə olan düşüncələrini əks etdirən dialoqlara da yer verilib. Meyri Tramp uzun illər içki aludəçisi olan atası Freyd Trampın bu vərdişi ilə mübarizə apardığı illərdə ürək tutmasından həyatını itirdiyini, əmisinin atasının ölümündə təsiri olduğunu və atasını bu mübarizədə tək qoyduğunu iddia edir.

Bundan başqa kitabda Donald Trampla Malenia Trampın evliliyi haqqında bəzi şebhəli məqamları da açıqlayıb. Malenia Trampın Donald Trampla evlilik müqaviləsini oğlanları Barronun finans hüquqlarını yaxşılaşdırmaq üçün 2017- ci ildə yenilədiyini, Malenia Trampın Ağ Evə gec köçməsinin arxasındakı səbəbin bu olduğunu bildirir.

Trampın həyatına dair gizli məqamların ortaya çıxarıldığı kitabın avqust ayında nəşr olunacağı gözlənilir.

# 2239 dəfə oxunub

Oxşar xəbərlər

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Rusiyada teleqram VPN-lə də işləməyəcək

Rusiyada teleqram VPN-lə də işləməyəcək

17:38 12 mart 2026
Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

Əkbər Qoşalının məqaləsi Ankarada çıxan “Yüce Erek” jurnalında

15:05 12 mart 2026
Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

Süni intellektlə foto, video hazırlayıb yaymaq cinayət məsuliyyəti yaradacaq

15:00 12 mart 2026
Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

Süleyman Rüstəm məşhur yazıçını necə aldatdı? - Ədəbiyyatın pərdəarxası

14:50 12 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər