Məsiağa Məhəmmədi və eyni vaxtda iki dildə doğulan şeir

Məsiağa Məhəmmədi və eyni vaxtda iki dildə doğulan şeir
1 may 2020
# 12:11

Bu gün Məsiağa Məhəmmədinin ad günüdür. Çox sevdiyin adama sevgini sözlə ifadə etmək çətindir. Bunu şairlər bacarır.

Təsadüfən əlimə bir mətn keçdi, 12-ci əsrdə yaşamış bir şairin bizə gəlib çatan və eyni insana həsr edilən yeganə şeiri... Bu şeir həmin əsrdəcə ingilis dilində də yaranıb. Bir şeirin, mətnin eyni biçimdə müxtəlif dillərdə doğulması dünyanın o işlərindəndir ki, dünyada təsadüf deyilən şey yoxdu: həqiqəti bilən, tanıyan adam fərqlidir. Əsrindən asılı olmayaraq...

Dünya şöhrətli şərqşünas, yaxud Sonuncu Mogikan - Məsiağa ...

Siz insanları dəqiq görməkçün yox,
böyük görməkçün – böyütməkçün eynək taxırsız,
mən sizin gözlərinizi anlayıram.

Şərq əyninə Bağdad libası geyinib,
bombalar ölür uşaq cəsədlərində.
Mən sizin Şərqinizi anlayıram.

Ömrünüzün yarısını yaşamamış əllərim əsir,
görünür, mənim əllərimi anlayan olmadı.
indi bu titrək əllərlə divi buraxıb,
nəfsimi salmışam şüşəyə,
qanım gülaba dönür canımda.

Buynuzsuz qoçun heyfi
qalmadı buynuzlu qoçda, –
sonda tale oldu hər şey.

Yazılanlar soyutdu ürəkləri,
ona görə kağızda susdu sözlər,
mənsə saitlərlə samitləri ayrı salmamaqçün yazdım.

Yaş artıqca insan dünyaya qaytarır aldıqlarını,
bal yeyəndə unuduruq arı vızıltısını.
“İnsan nankordu”, deyir Kitab.

Siz ömrü süzüb bir əlli vurduz,
vicdan şüşəniz azalmadı amma,
mən bu doğruluğu anlayıram.

# 4982 dəfə oxunub

Oxşar xəbərlər

Çin poeziyasının "Mayakovski"si - O, niyə əsərlərinin yandırılmasını istəmişdi?

Çin poeziyasının "Mayakovski"si - O, niyə əsərlərinin yandırılmasını istəmişdi?

14:00 12 iyun 2026
"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

13:30 12 iyun 2026
Parisdə qalmaqal - Muzey işçisi qadınları gizlicə çəkirmiş

Parisdə qalmaqal - Muzey işçisi qadınları gizlicə çəkirmiş

13:00 12 iyun 2026
Sloveniyanın ilk qadın romançısı - Onu kim doğma dilində yazmağa təşviq etmişdi?

Sloveniyanın ilk qadın romançısı - Onu kim doğma dilində yazmağa təşviq etmişdi?

12:00 12 iyun 2026
Ölmədən öncə mütləq oxunmalı kitablar - XX əsrin ən yaxşı 20 romanı

Ölmədən öncə mütləq oxunmalı kitablar - XX əsrin ən yaxşı 20 romanı

12:00 12 iyun 2026
Ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

Ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

11:30 12 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər