Milli Kitabxanada Kitab Gününə həsr olunmuş konfrans keçirilib

Milli Kitabxanada Kitab Gününə həsr olunmuş konfrans keçirilib
23 aprel 2021
# 18:24

Bu gün Azərbaycan Milli Kitabxanasında 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr olunmuş konfrans keçirilib.

APA-nın məlumatına görə, “Cəmiyyətin intellektinin formalaşmasında kitab və mütaliənin rolu” mövzusunda olan konfrans Mədəniyyət Nazirliyi, Milli Kitabxana, Xarici İşlər Nazirliyi və UNESCO üzrə Milli Komitənin birgə təşkilatçılığı ilə baş tutub.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ gününün qeyd olunması qərarı 1995-ci ildə UNESCO tərəfindən verilib, 1996-ci ildən də bütün dünyada keçirilir: "Azərbaycan isə bu günü Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən qeyd etməyə başlayıb. Bu günün Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycanda ötən yüz il ərzində bir neçə dəfə əlifba dəyişdirilib. Sonuncu dəfə müstəqillik qazandıqdan sonra latın qrafikasına keçmişik və cənab Prezident İlham Əliyevin sərəncamı ilə latın qrafikasında kitablar nəşr olunub, kitabxanalara paylanılıb".

H.Əliyevin də kitabları çox sevdiyini deyən K.Tahirov onun Milli Kitabxanaya 300 ədəd kitab hədiyyə etdiyini vurğulayıb: "Biz hər dəfə bu kitabları gənclərə nümayiş etdirir, Ulu Öndərin oxucu kimi təcrübəsini gənclər arasında yayırdıq.Təəssüflər olsun ki, bu il bu tədbiri keçirə bilmədik. İnanıram ki, telzikə pandemiya bitəcək və belə tədbirləri davam etdirəcəyik".

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev isə nazirliyin kitab nəşrinə və müəllif hüquqlarının qorunmasına böyük yer verdiyini diqqətə çatdırıb: “Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra bu məsələyə daha ciddi yanaşılır. Kitabı qorumaq, müəllif hüququnu müdaifə etmək Azərbaycan dövlətini hər zaman düşündürüb. Ona görə də Heydər Əliyev hakimiyyətə gələndən sonra kitab, nəşriyyat, əqli mülkiyyətlə bağlı bir sıra məsələlərə diqqət yönəldildi. Hazırda da bu sahəyə geniş diqqət ayrılır".

Sonra konfrans çıxışlarla davam edib.

# 3422 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər