Kanadalı silah ustasının Xalça Muzeyinə bağışladığı xəncərlərin təqdimatı olub

Kanadalı silah ustasının Xalça Muzeyinə bağışladığı xəncərlərin təqdimatı olub
25 iyun 2021
# 16:33

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə əlaqədar məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirilib.

Xalça Muzeyindən Kulis.az-a verilən məlumata görə, direktor Şirin Məlikova azərbaycanlı və dünyanın bir çox ölkələrində yaşayan kolleksionerlərin, sənətkarların, mesenatların kolleksiyalarında illərdir qoruduqları dəyərli sənət əsərlərini Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiklərini deyib.

O, Kanadada yaşayıb fəaliyyət göstərsə də, Azərbaycan silahsazlıq sənəti ənənələrini yaşadan, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olan bədii silah işi ustası Emin Məmmədova muzeyə müəllifi olduğu xəncərləri hədiyyə etdiyinə görə minnətdarlığını bildirib: “Bu xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi zərif buta və digər nəbati naxışlarla bəzədilib. Hər iki xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub”.

Sonda tədbir iştirakçıları müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən xəncərlərə muzeyin “Zərgərlik” fondunda tamaşa ediblər.

# 2701 dəfə oxunub

Oxşar xəbərlər

Böyük Mərdəkan qəsrində çökmə oldu

Böyük Mərdəkan qəsrində çökmə oldu

18:14 13 aprel 2026
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

17:37 13 aprel 2026
Gülnar Səmanın kitabı Türkiyədə çap olundu

Gülnar Səmanın kitabı Türkiyədə çap olundu

16:55 13 aprel 2026
Kəmalə Abıyeva ilə görüş keçirildi

Kəmalə Abıyeva ilə görüş keçirildi

16:55 13 aprel 2026
"O mənim həyatımı dağıtdı, evimi, maşınlarımı satdım"  - Dünya çempionu ilə müsahibə

"O mənim həyatımı dağıtdı, evimi, maşınlarımı satdım" - Dünya çempionu ilə müsahibə

16:09 13 aprel 2026
Obrazlı hekayələr toplusu - Gülnar Qəmbərova

Obrazlı hekayələr toplusu - Gülnar Qəmbərova

15:35 13 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər