Kamal Abdulla Almaniyada mükafata layiq görüldü

Kamal Abdulla Almaniyada mükafata layiq görüldü
19 dekabr 2020
# 17:32

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla Almaniyada fəaliyyət göstərən Türklərin Dünyası İnstitutu (Institut für die Welt der Türken) tərəfindən “Türk dili və mədəniyyətinə xidmət” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, bununla bağlı institutun direktoru professor Necati Demir 17 dekabr 2020-ci ildə onlayn keçirilən IV beynəlaxlq “Türklərin dünyası sosial elmlər” simpoziumunun açılış iclasında məlumat verib.

O bildirib ki, “Türk dili və mədəniyyətinə xidmət” mükafatı türk dünyasında türk dilinə, mədəniyyətinə, ədəbiyyatına xidmət göstərən elm adamlarına, ictimaiyyət nümayəndələrinə göstərdikləri xidmətlərə görə verilir:
“İnstitutun İdarə Heyəti bu il mükafatı türk dünyasında türkoloji tədqiqatlarda, xüsusilə türk mifologiyasında, Dədə Qorqud araşdırmalarında müstəsnə xidmətləri olan qorqudşünas alim, yazıçı Kamal Abdullaya verməyi qərara alıb. Kamal Abdulla türk dünyasının görkəmli yazıçısı və elm adamıdır”.
Qeyd edək ki, Türklərin Dünyası İnstitutu 2015-ci ildə Almaniyanın Münhen şəhərində qurulub, orada faəliyyət göstərir.

# 3325 dəfə oxunub

Oxşar xəbərlər

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Beynəlxalq Şerlok Holms Günü  qeyd olundu

Beynəlxalq Şerlok Holms Günü qeyd olundu

11:40 25 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər