Filmimiz beynəlxalq festivalda mükafat qazandı

Filmimiz beynəlxalq festivalda mükafat qazandı
14 avqust 2020
# 10:00

Rejissor Şamil Əliyev “7th Art Independent International” Film Festivalına (Hindistan, Kerala) münsiflər heyətinin üzvü kimi dəvət olunub. Təqdim olunan filmlərə həmyerlimizlə bərabər dünyanın tanınmış rejissorları münsiflik edəcək.

Kulis.az xəbər verir ki, Şamil Əliyevin “Çölçü” filmi isə yenidən mükafata layiq görülüb. Film İtaliyada COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda keçirilən “Rome International Movie Awards 2020” festivalında “Ən yaxşı bədii film” mükafatını qazanıb.

Rejissorun sözlərinə görə, 2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi ekran əsərinin qaldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas məğzini təşkil edir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” filmi 5 qitəni əhatə edən 93 beynəlxalq film festivalında iştirak edərək 55-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

Gallery

Gallery

# 3138 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər