Dünyanın ən məşhur məktubu – Yeni tərcümədə

Dünyanın ən məşhur məktubu – Yeni tərcümədə
11 mart 2020
# 10:33

Kulis.az Avraam Linkoln ilk dəfə məktəbə qədəm qoyan oğlunun müəlliminə yazdığı məktubu təqdim edir. Xatırladaq ki, o, məşhur Amerikalı vəkil və siyasətçidir. Eyni zamanda 1861-1865-ci illərdə Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti olub.

Əziz dostlar, İbrahim Linkolnun (Abraham Lincoln) bu məşhur məktubunun əvvəlki tərcümələrində bir sıra uyğunsuzluqlar gördüyümə görə onu yenidən özüm Azərbaycan dilinə tərcümə etmək qərarına gəldim. Ümid edirəm ki, səhvlərlə rastlaşsanız anlayışla qarşılayacaqsınız.

Tərcüməçidən

Oğlum bu gün məktəbə getməyə başlayır. Hələlik hər şey onun üçün qəribə və yeni olacaq və arzu edərdim ki, onunla nəzakətlə davranasınız. O, bir macəradır və ola bilsin ki, onu qitələrdən-qitələrə aparacaq. Bütün macəralar, ola bilsin müharibələri, faciə və kədəri əhatə edir. Bu həyatı yaşamaq inam, sevgi və cəsarət tələb edəcək.

Beləliklə, əziz müəllim, onun əlindən tutub bilməli olduğu şeyləri öyrədin lütfən, ancaq bacarırsınızsa, nəzakətlə edin.

Bilirəm, o, heç də bütün insanların ədalətli olmadığını, heç də bütün insanların səmimi olmadığını öyrənməli olacaq. Həmçinin ona öyrədin ki, hər bir yaramaza, nadürüstə qarşılıq bir qəhrəman var; hər eqoist siyasətçiyə qarşılıq özünü həsr etmiş bir lider var... Ona öyrədin ki, hər düşmənə qarşı bir dost var.

Vaxt aparacaq, bilirəm, ancaq əgər bacarsanız qazanılmış 10 sentin tapılmış bir dollardan çox-çox dəyərli olduğunu öyrədin ona... Ona necə incəliklə itirməyi öyrənməyi öyrədin... Və həmçinin udmaqdan (nailiyyət əldə etməkdən) həzz almağı öyrədin.

Görüntünün olası içeriği: şunu diyen bir yazı 'ABRAHAM LINCOLN TOHIS SON'S TEACHER starts school today. going strange new while that probably require faith, dear his teach him things him gently friend But teach that every there Teach earned dollar found. honorable Teach gracefully lose, enjoy winning Teach gentle with people, tough Steer envy Teach teach failure success. Teach Teach him the wonders books ponder birds bees green Teach Try not the crowd one but hears only through. Teach talents brains the highest bidder but courage Teach himself because then will always sublime faith mankind, This teacher what best such nice little boy'

Əgər bacarsanız, onu paxıllıqdan kənara yönəldin. Sakit gülüşün sirrini öyrədin ona. Qoy erkən öyrənsin zorbaları məğlub etməyin ən asan olduğunu. Əgər bacarsanız kitabın möcüzəsini öyrədin ona, ...həmçinin səmadakı quşların, günəşdəki arıların, yaşıl yamacdakı çiçəklərin fövqəladə əsrarəngizliyini düşünmək üçün ona sakit vaxt verin.

Məktəbdə müvəffəqiyyətsizliyin aldatmaqdan, kələk gəlməkdən çox-çox şərəfli olduğunu öyrədin ona... Ona öz ideyalarına inanmağı öyrədin, hətta hər kəs ona onların yanlış olduğunu söyləsə belə... Mülayim insanlarla mülayim, sərt insanlarla sərt olmağı öyrədin ona.

Digər hər kəsin "çoxluğun qatarı"na mindiyi zaman oğluma kütlənin ardınca getməmək üçün güc verməyə çalışın. Hər kəsi dinləməyi öyrədin ona. Eyni zamanda, ona bütün eşitdiklərini həqiqət süzgəcindən keçirib içindən ən yaxşısını götürməyi öyrədin.

Kədərli olduğu zaman necə gülməyi öyrədin ona, əgər bacarsan... Göz yaşlarının ayıb olmadığını öyrədin ona. Uğursuzluqda şan-şöhrətin, uğurda ümidsizliyin ola biləcəyini öyrədin ona.

Ələ salanlara rişxənd etməyi və həddindən artıq nəzakətlilikdən ehtiyatlı olmağı öyrədin ona...

Talantını və biliyini ən yüksək dəyər verənlərə satmasını, ancaq ürəyinin və ruhunun üstünə qiymət etiketi qoymağa heç vaxt icazə verməməyi öyrədin ona. Ah-vay edən kütləyə qulaqlarını qapamağı və əgər haqlı olduğunu düşünürsə, dayanıb mübarizə aparmağı öyrədin ona.

Ona nəzakətlə davranın, ancaq əzizləməyin, çünki yalnız alov sınağı əla polad yaradır. Qoy o səbirsiz olmağa cəsarətli olsun. Qoy o cəsur olmağa səbirli olsun. Ona həmişə özü haqqında yüksək fikirdə olmağı öyrədin, çünki sonra daim insanlıq haqqında yüksək fikirdə olacaq.

Bu, bir təklifdir, müəllim. Nəyi ən yaxşı edə biləcəyinizə baxın. O, belə gözəl, balaca bir oğlandır və mənim oğlumdur.

İngiliscədən tərcümə etdi Ramil Məmmədov

# 5677 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #