Bu film çəkiləndən 37 il sonra nümayiş olunacaq

Bu film çəkiləndən 37 il sonra nümayiş olunacaq
8 yanvar 2021
# 18:40

"Betman" obrazını canlandırdığı üçün peşman olduğunu etiraf edən Corc Kluni indi daha böyük bir problemlə qarşı-qarşıya qalıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Oskar mükafatlı aktyorun rol aldığı, amma heç vaxt nümayişi baş tutmayan “Grizzly II” filmi 37 il sonra nümayiş olunacaq. 1997-ci ildə çəkilən “Betman və Robin” filmində Betman obrazını canlandırdığını dəfələrlə etiraf edən Corc Kluni tənqid atəşinə tutulduğunu bildirmişdi. Bu filmdən sonra daha yaxşı filmlərə çəkilməyi seçdiyini qeyd edən aktyor yaxın günlərdə yenidən köhnə işi ilə üzləşmək məcburiyyətində qalacaq.

Corc Kluninin 1983-cü ildə rol aldığı, ancaq mövzusundan qaynaqlanan problemlərə görə nümayişi ləğv olunan “Grizzly II” nin 37 il sonra yayımlanmasına qərar verildi. Corc isə saçı və geyimindən utandığı dövrə aid olan bu filmi izləməyi düşünmədiyini bildirib.

Qeyd edək ki, filmdə bir ayının insanlardan intiqam almasından bəhs olunur.

# 3870 dəfə oxunub

Oxşar xəbərlər

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

18:40 24 sentyabr 2026
Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

18:00 24 sentyabr 2026
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

17:30 24 sentyabr 2026
“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

17:27 24 sentyabr 2026
Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq

Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq

17:00 24 sentyabr 2026
Niderland “Avroviziya”da yenidən iştirak edəcək

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

16:30 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər