Azərbaycanlı skripkaçı beynəlxalq yarışmada

Azərbaycanlı skripkaçı beynəlxalq yarışmada
1 fevral 2021
# 19:19

Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev 16 yanvar - 25 fevral tarixlərində keçirilən və dünya üzrə tanınmış 49 skripkaçının qatıldığı “Yaşa Xeyfets” adına beynəlxalq yarışmada iştirak edir.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar “Yaşa Xeyfets” adına beynəlxalq skripkaçılar yarışmasının iki turu onlayn keçirilir.

Azərbaycanla Türkiyənin birgə mədəniyyət siyasətinə xidmət edən Elvin Qəniyev ən çox səslə (9349) ilk turdan keçib və 17 nəfərin arasında yer alıb.

“Yaşa Xeyfets” adına Beynəlxalq skripkaçılar yarışmasının ikinci turu fevralın 2-də Azərbaycan vaxtı ilə saat 20:30-da onlayn təşkil ediləcək, yarışmanın finalı isə fevralın 24-25-də Vilnüsdə Litva Milli Filarmoniyasında canlı keçiriləcək.

Müsabiqənin münsiflər heyətinin sədri dünya şöhrətli skripkaçı Gidon Kremerdir. Elvin Qəniyev APA-ya açıqlamasında ifaları ilə dünya musiqisinə örnək olan Gidon Kremerin qarşısında çıxış edəcəyindən qürur duyduğunu da bildirib.

Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na da daxil edilib.

Hazırda Elvin Qəniyev Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində tanınmış professor Krzysztof Wegrzynin elmi rəhbərliyi ilə magistratura təhsili alır. Onun arzusu əslən şuşalı olan babası, tanınmış musiqişünas, mərhum Sərvər Qəniyevin vətənində konsert proqramı ilə çıxış etməkdir.

# 2293 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər