Azərbaycan və Türkiyə nəşriyyatlarının birgə seminarı keçirilib

Azərbaycan və Türkiyə nəşriyyatlarının birgə seminarı keçirilib
9 oktyabr 2021
# 13:42

VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Azərbaycan və Türkiyə nəşriyyatlarının işbirliyi və cari vəziyyət” mövzusunda iki ölkə naşirlərinin iştirakı ilə seminar keçirilib.

Kulis.az xəbər verir ki, seminarda Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və şöbənin əməkdaşı Xəyal Məmmədov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin müdir müavini Taner Beyoğlu, Türkiyə Naşirlər Birliyinin sədri, Beynəlxalq Nəşriyyatlar Birliyi İdarə Heyətinin üzvü Kənan Kocatürk, İstanbul Ticarət Odası İdarə Heyətinin üzvü Münir Üstün iştirak ediblər.

Ölkəmizdən nəşriyyat rəhbərlərinin də qatıldığı tədbirdə fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət təhlil edilib və gələcək perspektivlər müəyyənləşdirilib.

Seminarın məruzəçiləri Azərbaycanda kitab sənayesinin, xüsusən nəşriyyat işinin təşkilində Türkiyə təcrübəsinin tətbiqi məsələlərinə diqqət çəkiblər.

Görüşdə həmçinin müasir kitab sənayesi işində rəqəmsallaşmanın əhəmiyyəti vurğulanıb və bu istiqamətdə təcrübə mübadiləsi barədə ətraflı müzakirələr aparılıb.

# 2554 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər