Azərbaycan kəndinin işğalına həsr edilmiş kitab çap olundu

Azərbaycan kəndinin işğalına həsr edilmiş kitab çap olundu
19 iyun 2020
# 18:43

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Bağanıs Ayrım kəndinin işğalının 30 illiyinə həsr olunmuş “İlk şəhid kənd” adlı kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Qazax rayonunda yerləşən bu kənd 1990-cı il mart ayının 23-dən 24-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin gün təpədən dırnağadək silahlanmış mənfur düşmən böyük qüvvə ilə hücuma keçərək kəndin evlərinə od vurub, 6 nəfər əliyalın və dinc kənd sakinini qətlə yetirib. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib, əhali öz doğma yurd-yuvalarından didərgin düşərək rayonun müxtəlif yerlərinə səpələnib. Bununla da Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub.

Qazax Rayon İcra Hakimiyyətinin orqanı olan “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl 1999-cu ildə vətənpərvərlik təşəbbüsü ilə çıxış edərək Bağanıs Ayrım kəndinin işğalından bəhs edən “Bu, əsl faciə idi” adlı kitab yazmış, ermənilərin törətdikləri vəhşiliyi dünya ictimaiyyətinə çatdırmışdır. Tarixi sənədlərin, faciəni özündə əks etdirən şəkillərin köməyi və kənd sakinlərinin, şahidlərin ifadələri ilə ermənilərin törətdikləri vəhşiliklər kitabda öz geniş əksini tapmışdır.

Mövzunun aktuallığı, Bağanıs Ayrım kəndinin hələ də işğal altında olması, qeyd edilən kitabın kiril əlifbası ilə çap edilməsi nəzərə alınaraq “Bu, əsl faciə idi” kitabı genişləndirilmiş halda təzə ad altında latın qrafikası ilə yenidən nəşr olunub. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çap olunmuş “İlk şəhid kənd” kitabına yeni materiallar əlavə edilib, tarixi-publisist əsər faktlar və hadisələri özündə əks etdirən foto-şəkillərlə zənginləşdirilib. Kitabda ermənilərin Bağanıs Ayrımda ağacları da məhv etdiklərindən, evlərin daşlarını belə sökərək apardıqlarından, qəbiristanlığı dağıtdıqlarından və kəndi özü boyda xarabalığa çevirdiklərindən bəhs olunub.

Elçin İsmayılın sayca onuncu olan “İlk şəhid kənd” kitabında kəndin indiki işğal vəziyyəti, kənd sakinlərinə göstərilən dövlət qayğısı və onların bu günkü yaşayış şəraiti, Azərbaycan Ordusunun işğal olunmuş kəndləri hər an azad etməyə hazır olduğu, kənd sakinlərinin öz doğma yurd-yuvalarına qayıtmaq arzuları barədə məqalələr də yer alıb.

“İlk şəhid kənd” kitabının ön sözün müəllifi akademik Teymur Bünyadov, redaktoru isə professor Rüstəm Kamaldır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Gallery

# 2117 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #