Atası ilə eyni məzarda basdırılan bəstəkarımız - Türkiyədən zəng edib onun nəşini istədilər

Atası ilə eyni məzarda basdırılan bəstəkarımız - Türkiyədən zəng edib onun nəşini istədilər
2 mart 2020
# 15:12

Bu gün Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin anım günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.

Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

***

Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsini və Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasını bitirən bəstəkar 34 yaşına qədər Özbəkistanda yaşayıb.

Tahir Əkbər Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub.

Gallery

Özbəkistanda ondan özbək mahnıları bəstələməsini istəyiblər. Amma o buna razı olmayıb. Buna görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycana köçməyə qərar verir.

***

Lakin vətəndə onun üzü bir gün olsun belə gülmür. Bəstələrinin sevilməsi, sənətkarlara populyarlıq gətirməsi bir çox həmkarlarını ona düşmən edir.

***

Azərbaycana yeni janrlar gətirən Tahir Əkbər ilk dəfə “Simfonik rənglər”i də müstəqil janr kimi musiqiyə gətirib.

***

İki dəfə ailə həyatı qurub. İlk dəfə Özbəkistanda eyni qrupda oxuduğu musiqişünas xanımla ailə quran bəstəkarın ailə həyatı uğurlu alınmır. Cütlüyün bu evlilikdən bir qız övladı dünyaya gələndən sonra, xanımın öz istəyi ilə onlar ayrılmalı olurlar. Bu ayrılığa səbəb isə xanımın ağır xəstəlikdən əziyyət çəkməsi olub. Bəstəkar ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir. Aybəniz adlı xanımla evlənən sənətkarın ikinci evliliyindən Bəhriyə adlı bir qızı dünyaya gəlir.

Gallery

Xalq artisti Azər Zeynalovun ifa etdiyi, Rəsmiyyə Davudqızının sözlərinə bəstələdiyi “Gecə yağışı” mahnısını gənclik illərində aşiq olduğu rus qızına həsr edib. Müsahibələrindən birində bu barədə danışan bəstəkar deyirdi: “Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm: “Məni gözləmə, əlvida…” Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu hadisənin üstündən ən azı 40 il keçib. Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim: “Rəsmiyyə, gəl bunun adını “Gecə yağışı” qoyaq”.

***

Çox acınacaqlı bir ömür sürən bəstəkarın həssas ürəyi gizli həsədlərdən doğan qərəzli təzyiqlərə dözə bilmirdi. Onunla bağlı qəribə paradokslar var idi. Konsertlərini televiziyalar çəksə də efirə verilmirdi.

***

Bəstəkarlar ittifaqı tərəfindən adı prezident təqaüdü alacaq sənətçilərin siyahısına salınsa da rəsmi xəbər yayılandan sonra məlum olub ki, adı siyahıdan çıxarılıb.

***

Ən böyük arzusu Azərbaycanda ev almaq olan bəstəkar atasının Daşkənddən Bakıya dəyişdirdiyi iki otaqlı evdə yaşayırdı. Sonralar qızının təhsil haqqını ödəyə bilmədiyi üçün həmin iki otaqlı mənzili satıb bir otaqlı mənzilə köçüb.

***

1800-cü illərə aid dəyərli kitabların da daxil olduğu böyük kitabxanasını məcburiyyət qarşısında qaldığı üçün dağıtmalı olub. Yeni köçdükləri mənzil çox kiçik olduğu üçün kitablarını köhnə yaşadığı binanın altındakı zirzəmiyə qoyub.

Gallery

“Həmrəylik” himni Türkiyədə mötəbər bir tədbirdə səsləndiriləndən sonra Türkiyənin tanınan siyasət adamlarından Dövlət Bahçeli “Həmrəylik” himninin musiqisinin müəllifi ilə maraqlanıb. Səlahiyyətli şəxslərdən biri Tahir Əkbərlə əlaqə saxlayıb, yüksək qonorar qarşılığında ondan musiqinin sözlərini dəyişib Bahçelinin partiyası üçün himn etməsini istəyib. Lakin bəstəkar təklifi rədd edib.

***

Öz vətənində sayılıb seçilməyən bəstəkarın əsərini, Rastrapoviç öz repertuara salaraq, dünyanın böyük konsert salonlarında ifa edib.

Gallery

Türkiyənin məşhur kanon ifaçısı Halil Karatuman bəstəkarın “Əzizim” mahnısının şəxsi bəstəsi kimi öz repertuarına salıb. Sağlığında məhkəmə prosesi başladan bəstəkar nəticəni əldə edə bilmədən dünyasını dəyişdi. Hazırda prosesi sənətkarın ailəsi davam etdirir.

***

Özünə qarşı biganəlikdən inciyən bəstəkar son vaxtlar yazdığı mahnıları heç kimə vermirdi. Ölümündən sonra həyat yoldaşı Aybəniz xanım onun məzar daşını hazırlatmaq üçün bəstələrini satışa çıxarıb.

***

Bir çox sənətçiləri Xalq artisti tituluna qədər ucaldan mahnıların müəllifi ömrünün son illərini çox acınacaqlı yaşayıb. Beyin insultu keçirən bəstəkarın dərman almağa belə pulu olmayıb. Həyat yoldaşı bəstəkarın ölümündən sonra verdiyi müsahibələrinin birində qeyd edir: “Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul...”

***

Son günlər yaddaşını itirən Tahir Əkbərin yaddaşında təkcə musiqi və ritmlər qalıb. Onun bu vəziyyəti həkimləri heyrətə gətirib.

Gallery

Doğum günü 20 yanvarda olduğu üçün 1990- cı ildən sonra heç vaxt ad gününü qeyd etməyib.

***

Ölməmişdən əvvəl həyat yoldaşına və qızına vəsiyyəti: “Məni dəyərsiz şəkildə dəfn etsələr, atamın üstündə basdırın və mahnılarımın oxunmasına qadağa qoyun” olub.

***

Fəxri Xiyabanların heç birinə layiq görülməyən bəstəkara “Qurd Qapısı”ndakı zibilliyin yanında bir məzar yeri ayrılıb. Dəfndən bir neçə gün sonra həyat yoldaşı bəstəkarın vəsiyyəti üzrə onun nəşini məzardan çıxardaraq atasının üstündə dəfn etdirib.

***

Türkiyədən ailəsinə zəng edib Tahir Əkbərin nəşini istəyiblər. Bildiriblər ki, icazə verin biz onu Türkiyədə layiqli şəkildə dəfn edək. Amma ailəsi buna razı olmayıb.

Gallery

Mahnıları ilə ucalan, şöhrətinə yol açdığı sənətkarların heç biri onun dəfnində iştirak etməyiblər. Qızı Bəhiyyə müsahibələrində o günü belə xatırlayır: “Hansı ifaçılar ki, atamın mahnıları ilə tanınıblar. Atam xəstələnəndə və son mənzilə yola salınanda belə, gəlmədilər”.

***

Tahir Əkbər 2018- ci ilin mart ayının 2-də 72 yaşında Bakıda vəfat edib.

Gallery

# 31222 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #