700 illik tarixi qəbiristanlıq aşkarlandı

700 illik  tarixi qəbiristanlıq aşkarlandı
31 iyul 2025
# 14:12

Türkiyədə yerləşən və ən böyük Türk-İslam qəbiristanlıqlarından biri hesab edilən, təqribən 700 il əvvəl inşa edilmiş Həlimə xatun günbəzinin də daxil olduğu ərazidə 2022-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə başlayan qazıntı və bərpa işləri davam edir.

Kulis.az xəbər verir ki, bu il Prezidentin himayəsi altında həyata keçirilən “Gələcəyə Miras” layihəsinə daxil edilən bu işlər Van Muzeyinin rəhbərliyi və Van Yüzüncü Yıl Universitetinin İncəsənət Tarixi fakültəsinin müəllimi, dosent doktor Ercan Çalışın elmi məsləhətçiliyi ilə həyata keçirilir.

Ərazidə sahə üzrə ixtisaslaşmış 15 nəfərlik komanda işləyir.

Qəbiristanlıqda hündürlüyü 2,5 metrə çatan, üzərlərində yazılar və ənənəvi naxışlar olan təxminən 1000 məzar daşı aşkar edilib. Bu il üzə çıxarılan 6 yeni məzar daşındakı kitabələr hazırda akademiklər tərəfindən araşdırılır.

“Məzar daşları üzərindəki araşdırmalarımız davam edir”

Dosent Dr. Ercan Çalış jurnalistlərə verdiyi açıqlamada qazıntılarda önəmli tapıntıların əldə edildiyini və ərazidə 1000-ə yaxın məzar daşının müəyyənləşdirildiyini bildirib.

Bu il aparılan qazıntı işlərində təxminən 1 metr torpaq qatı altında qalmış 6 yeni məzarın üzə çıxarıldığını deyən Çalış əlavə edib:

“Bu il ‘Gələcəyə Miras’ layihəsinə daxil olunmağımız iş tempimizi daha da artırdı. Ərazidəki işlər intensiv şəkildə davam edir. Bu il 50 məzar daşı üzərində işlər apardıq. Onlardan 40-nın əsas bloku, 10-nun isə liken (mərcan yosunu) təmizliyi aparılıb. Tamamilə torpaq altında qalmış, qeydiyyatsız 6 məzar daşı 700-750 ildən sonra yenidən aşkarlandı. 2022-ci ildən bu yana davam edən qazıntı və bərpa işləri çərçivəsində ümumilikdə 180 məzar daşının əsas bloku, 85-nin isə liken təmizliyi aparılıb. Qırılmış 15 məzar daşı bərpa edilib, 25 daş isə torpaq altından çıxarılıb. Valiliyin təşkilatçılığı ilə ərazidə genişmiqyaslı abadlıq işləri aparılır və bu işlərin bir neçə ay ərzində tamamlanması planlaşdırılır.”

Keçən ilki qazıntılar zamanı Həlimə Xatunun qardaşının məzarını da aşkar etdiklərini xatırladan Çalış bildirib:

“Bu çox vacib tapıntı idi. Məzar daşının üzərindəki kitabə araşdırıldıqdan sonra müəyyən edildi ki, bu məzar Saltuq məliki İzzəddin Saltuqun oğluna, yəni Həlimə xatunun qardaşına məxsusdur. Həlimə xatun günbəzi 1335-ci ildə Saltuq hökmdarı İzzəddin Saltuq tərəfindən qızı üçün inşa edilib. Bu günbəz Səlcuq memarlığının əsl incisi olmaqla yanaşı, qadına verilən dəyəri və önəmi də əks etdirir".

# 1285 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər